Dövlət büdcəsinə edilən dəyişikliklər iqtisadi gücümüzün real göstəricisidir

 

Məlum olduğu kimi, 2023-cü ilin dövlət büdcəsinə edilən dəyişikliklərə əsasən, daha çox vəsait Qarabağ Şərqi Zəngəzurun bərpasına yönəldiləcək.

Belə ki, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən tikinti, bərpa yenidənqurma işlərinin sürətləndirilməsi ilə bağlı əlavə 2 milyard 260 milyon manat ayrılacaq. Bu isə o deməkdir ki, 2023-cü ildə bütövlükdə bu istiqamətə 5 milyard 260 milyon manat vəsait xərclənəcək.

Məsələ ilə bağlı münasibət bildirən Milli Məclisin deputatları hesab edirlər ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərimizdə quruculuq bərpa işlərini hansısa beynəlxalq maliyyə təşkilatından ya hansısa dövlətdən yardım almaqla həyata keçirmir. Bütün bunlar yalnız ölkəmizin iqtisadi qüdrəti hesabına reallaşır.

 

"Büdcəyə daxilolmalar növbəti aylarda da proqnozlaşdırılandan çox olacaq"

 

Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qəzetimizə açıqlamasında deyib ki, 2023-cü ilin dövlət büdcəsinə dəyişikliklərin edilməsi dürüstləşmənin aparılması üç səbəbdən reallaşıb: "Birinci səbəb bu ilin 4 ayının yekunlarında büdcəyə daxilolmaların proqnozlaşdırılandan daha çox olmasıdır. Belə ki, 4 ayda dövlət büdcəsinə 2,4 milyard manat əlavə vəsait daxil olub. Bu, büdcəyə daxil olan orta aylıq vəsaitin həcminin 600 milyon manat olduğunu göstərir. Büdcəyə daha çox vəsaitin daxil olması, makroiqtisadi göstəricilərin yaxşılaşması ümumi daxili məhsulda (ÜDM) artım tempinin qorunub saxlanması da büdcəyə yenidən baxılması dəyişiklik edilməsinə zəmin yaratdı. İqtisadiyyat Nazirliyinin yeni proqnozlarına  əsasən, ÜDM-dəki  artımı düzəlişlər edilib. Bu isə ondan xəbər verir ki, ÜDM-dəki artım eyni zamanda fiskal gəlirlər üçün bir baza formalaşdırır. Bu, dövlət büdcəsinə daxilolmaların növbəti aylarda da proqnozlaşdırılandan çox olması anlamına gəlir".

V.Bayramov deyib ki, dəyişikliyin digər səbəbi xərclərlə bağlıdır. Onun sözlərinə görə, prioriet istiqamətlərə daha çox vəsaitin ayrılmasına ehtiyac var idi. Bu, həm Qarabağ Şərqi Zəngəzurun yenidən qurulması, həm müdafiə qabiliyyətinin artırılması, həm bir sıra zəruri xərclərlə bağlıdır.  

Dövlət büdcəsinə dəyişiklikdən sonra işğaldan azad olunmuş ərazilərimizin bərpası üçün əlavə 2 milyard 260 milyon manat vəsait ayrıldığını deyən deputat qeyd edib ki, ümumilikdə bu il üçün Qarabağ Şərqi Zəngəzurun qurulmasına 5 milyard 260 miyon manat vəsait yönəldilib. Həmçinin müdafiə qabiliyyətinin gücləndirilməsi üçün ayrılan vəsaitin həcmi 1 milyard 100 milyon  manat olub.

Deputat qeyd edib ki, 2023-cü ilin dövlət büdcəsində sosial istiqamətlər prioritet olaraq qalır. Bütövlükdə büdcə xərclərinin təxminən 45 faizi sosial istiqamətə yönəldiləcək. Zəruri xərclər üçün dürüstləşmə zamanı 900 milyon manat vəsait nəzərdə tutulub. Məbləğin bir qismi büdcə büdcədənkənar təşkilatların maliyyələşməsi üçün istifadə olunacaq. Bu da həmin qurumlarda çalışanların sosial təminatı baxımından vacibdir. 2023-cü ildə sosial təminat xərcləri aparıcı xərclərdir. 

Dövlət büdcəsi ilə yanaşı, Dövlət Sosial Müdafiə Fondu İşsizlikdən Sığorta Fondunun büdcələrində dürüstləşmə dəyişikliklər edildiyini deyən deputat vurğulayıb ki, praktik olaraq hər iki istiqamət üzrə 2023-cü ildə nəzərdə tutulan öhdəlikləri yerinə yetirmək mümkün olacaq. Büdcə ilə bağlı dəyişikliklər göstərir ki, bu istiqamətdə vəsaitlərin artırılması ilə bağlı hər hansı çətinlik olmayacaq. Büdcə gəlirlərində artımlar bu il üçün nəzərdə tutulan sosial  təhlillərin yerinə yetirilməsinə zəmin yaradacaq.

 

"Artımlar  Böyük qayıdışın təmin edilməsinə töhfəsini verir"

 

Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu inkişaf strategiyası ötən 5 ayda makroiqtisadi sabitliyi maliyyə dayanıqlılığını daha da möhkəmləndirməyə, iqtisadi inkişaf sahəsində dövlət siyasətinin prioritetlərini məqsədlərini əldə etməyə imkan verib.

Onun sözlərinə görə, iqtisadi göstəricilərin artımı nəzərdə tutulan hədəflərə nail olunması, o cümlədən işğaldan azad edilmiş bölgələrdə bərpa-quruculuq işlərinin sürətləndirilməsi, müdafiə təhlükəsizlik vəzifələrinin yerinə yetirilməsi məqsədilə bu ilin dövlət büdcəsi haqqında qanunda büdcə zərfinə daxil olan digər iki qanunda dəyişiklik edilməsinə imkan yaratdı. Ona görə büdcəyə yenidən baxılması, müvafiq dürüstləşmə aparılmasına ehtiyac yarandı. İlin 4 ayı ərzində dövlət büdcəsi gəlirlərinin proqnoz icra göstəriciləri arasında fərqlər müşahidə olundu. Odur ki, yeni reallıqlar nəzərə alınaraq yenidən baxılan dövlət büdcəsinin gəlir xərcləri artırıldı.

A.Hüseynov qeyd edib ki, dürüstləşmə nəticəsində büdcənin xərcləri 10 faiz artırılacaq. Əlavə xərclərin əsas hissəsi Qarabağ Şərqi Zəngəzurda başlanmış böyükmiqyaslı abadlıq quruculuq işlərinin genişlənməsinə, Böyük qayıdışın təmin edilməsinə yönəldiləcək: "Ümumilikdə büdcədə əlavə nəzərdə tutulan 4,3 milyard manat maliyyə resurslarının 2 milyard 260 milyon manatlıq hissəsi işğaldan azad olunmuş Qarabağ Şərqi Zəngəzurda yenidənqurma işlərinin aparılmasına yönəldilməklə, cari ildə Böyük qayıdış proqramı üçün ayrılan dövlət büdcəsinin vəsaiti 5 milyard 260 milyon manata yüksəldiləcək. Digər prioritet istiqamət olan ölkənin müdafiə qabiliyyətinin milli təhlükəsizliyinin daha da artırılması üçün əlavə ayrılacaq 1 milyard manatdan sonra xüsusi müdafiə təyinatlı xərclərə yönəldilən vəsaitin ümumi məbləği 3 milyard 70 milyon manata çatacaq".

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2023.- 22 iyun.- S.1;5.