“Qara Dəniz Ticarət və İnkişaf Bankının kapitalının
artımı ilə bağlı paylara abunəlik üçün
Öhdəlik Məktubu”nun təsdiq
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 95-ci maddəsinin
I hissəsinin 4-cü bəndini
rəhbər tutaraq qərara alır:
2022-ci il 22 aprel
tarixində imzalanmış
“Qara Dəniz Ticarət və İnkişaf Bankının
kapitalının artımı
ilə bağlı paylara abunəlik üçün Öhdəlik
Məktubu” təsdiq edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
13 iyun 2023-cü il
Azərbaycan. - 2023.-23 iyun.-
S.2.