Azərbaycan Respublikası Dövlət
Neft Fondunun 2023-cü il büdcəsi haqqında Azərbaycan Respublikası Prezidentinin
2022-ci il 30 dekabr tarixli 1942 nömrəli Fərmanında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, Azərbaycan Respublikasının
2023-cü il dövlət
büdcəsində dəyişikliklər
edilməsi ilə əlaqədar Azərbaycan
Respublikası Dövlət
Neft Fondunun 2023-cü il üçün büdcəsinin gəlirlərini
və xərclərini
dəqiqləşdirmək məqsədilə qərara
alıram:
1. Azərbaycan Respublikası
Dövlət Neft Fondunun 2023-cü il büdcəsi haqqında Azərbaycan Respublikası
Prezidentinin 2022-ci il 30
dekabr tarixli 1942 nömrəli Fərmanında
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2022, ı 12, maddə 1452) aşağıdakı
dəyişikliklər edilsin:
1.1. 1-ci hissədə 8 990 947,2 və
11 392 336,5 rəqəmləri müvafiq olaraq 16 337
500,0 və 11 850 036,5 rəqəmləri
ilə əvəz edilsin;
1.2. 2-ci hissə üzrə:
1.2.1. 2.1-ci bənddə Gəlirlərin
məbləği (min
manat) sütununda 6
571 387,3 rəqəmləri 11 765 793,3 rəqəmləri ilə
əvəz edilsin;
1.2.2. 2.2-ci bənddə Gəlirlərin
məbləği (min
manat) sütununda 4
307,8 rəqəmləri 3 600,6 rəqəmləri ilə
əvəz edilsin;
1.2.3.
2.3-cü bənddə Gəlirlərin
məbləği (min
manat) sütununda 23
590,0 rəqəmləri 15 323,3 rəqəmləri ilə
əvəz edilsin;
1.2.4.
2.4-cü bənddə Gəlirlərin
məbləği (min
manat) sütununda 1
590 905,4 rəqəmləri 3 752 026,1 rəqəmləri ilə
əvəz edilsin;
1.2.5. Gəlirlərin məbləği
(min manat) sütununun Cəmi sətrində 8 990 947,2 rəqəmləri
16 337 500,0 rəqəmləri ilə əvəz edilsin;
1.3. 3-cü
hissə üzrə:
1.3.1. 3.1-ci bəndin Xərclərin məbləği (min manat) sütununda 11 280
000,0 rəqəmləri 11 737 700,0 rəqəmləri ilə
əvəz edilsin;
1.3.2. Xərclərin məbləği
(min manat) sütununun Cəmi sətrində 11 392 336,5 rəqəmləri
11 850 036,5 rəqəmləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının
Dövlət Neft Fondu bu Fərmandan
irəli gələn məsələləri həll
etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
22 iyun 2023-cü il
Azərbaycan.- 2023.- 23 iyun.- S.2.