Çexiyalı
deputatlar Ağdama səfər ediblər
Çex Respublikası
Parlamentinin Deputatlar Palatasının Azərbaycanla
parlamentlərarası dostluq
qrupunun rəhbəri Yan Kubik və
Deputatlar Palatasının
üzvü Mişal Ratiborski iyunun 21-də işğaldan azad edilmiş Ağdam şəhərində olublar.
Çexiyalı parlamentariləri
səfərdə Azərbaycan-Çexiya
parlamentlərarası əlaqələr
üzrə işçi
qrupunun üzvü, Milli Məclisin deputatı Əliabbas Salahzadə müşayiət
edib.
Milli Məclisin
Mətbuat və ictimaiyyətlə əlaqələr
şöbəsindən MediaPost-a
verilən xəbərə
görə, Çexiya
nümayəndə heyətinə
Ermənistanın 30 ilə
yaxın işğal altında saxladığı
Ağdamda törətdiyi
müharibə cinayətləri
barədə ətraflı
məlumat verilib. Bildirilib ki, Ermənistanın işğalına
qədər Ağdam nəinki Qarabağ bölgəsinin, eləcə
də respublikanın ən böyük, inkişaf etmiş şəhərlərindən olub.
Erməni faşistlər
1993-cü il iyulun 23-də
Ağdamı işğal
etdikdən sonra evləri, məktəbləri
– bütün infrastrukturu
talan edib, dağıdıb və yandırıblar. Ağdamda
qəbiristanlıqlar, tarixi,
mədəni abidələr
də erməni vandalizminə məruz qalıb.
Ağdam şəhər
Cümə məscidinə
gələn qonaqlara bildirilib ki, işğal dövründə
ermənilər məscidi
tam dağıtmayaraq,
onun minarələrindən
hərbi məqsədlər
üçün istifadə
ediblər. Bununla belə məscidin bəzi hissələri sökülüb, yazıları
silinib, tanınmaz vəziyyətə salınıb.
Erməni vandalları
Ağdam Cümə məscidində də mal-heyvan saxlamaqla azərbaycanlılara, müsəlman
aləminə qarşı
nifrətlərini nümayiş
etdiriblər. Qeyd edilib ki, Ağdam
şəhəri işğaldan
azad olunduqdan sonra Heydər Əliyev Fondu tərəfindən Cümə
məscidində bərpa
işlərinə başlanılıb.
Qonaqlar Ağdam şəhərinin mərkəzi küçəsində, Şəhidlər xiyabanında erməni barbarlığının izləri ilə tanış olublar. Sonra onlara Prezidentin xüsusi nümayəndəliyinin Ağdamdakı düşərgəsində Ağdam şəhərinin Baş planı çərçivəsində həyata keçiriləcək quruculuq işləri barədə ətraflı məlumat verilib. Nümayəndə heyəti Ağdam Konfrans Mərkəzi ilə də tanış olub.
Azərbaycan.-2023.- 22 iyun.- S.5.