Gədəbəy
rayonunun Söyüdlü
kəndinin ərazisində
yerləşən tullantıxanada
monitorinqlərin aparılması
və mövcud vəziyyətin qiymətləndirilməsi
məqsədilə Komissiyanın
yaradılması barədə
Nazirlər Kabineti
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər
tutaraq:
1. Gədəbəy rayonunun Söyüdlü kəndinin ərazisində
yerləşən tullantıxanada
monitorinqlərin aparılması
və mövcud vəziyyətin qiymətləndirilməsi
məqsədilə aşağıdakı
tərkibdə Komissiya
yaradılsın:
Komissiyanın sədri
Muxtar Babayev - Azərbaycan Respublikasının
ekologiya və təbii sərvətlər
naziri
Komissiyanın üzvləri:
Azərbaycan Respublikası
səhiyyə nazirinin
müavini
Azərbaycan Respublikası
fövqəladə hallar
nazirinin müavini
Azərbaycan Respublikası
kənd təsərrüfatı
nazirinin müavini
Azərbaycan Respublikası
Nazirlər Kabineti Aparatının Sənaye və energetika şöbəsinin müdiri
Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi
yanında Əmlak Məsələləri Dövlət
Xidmətinin rəisi
Gədəbəy Rayon İcra
Hakimiyyətinin başçısı.
2. Komissiyaya tapşırılsın:
2.1. Gədəbəy rayonunun Söyüdlü kəndinin
ərazisində yerləşən
tullantıxanada monitorinqlərin
aparılmasını və
mövcud vəziyyətin
qiymətləndirilməsini təmin etsin;
2.2. sakinlərin sağlamlığının
və ətraf mühitin qorunması sahəsində vətəndaşların
müraciətlərinin araşdırılmasını
təmin etsin;
2.3. bu Sərəncamın
2.1-ci bəndinə əsasən
monitorinqin və qiymətləndirmənin nəticələrinə
uyğun olaraq müvafiq təkliflərini
hazırlayıb Azərbaycan
Respublikasının Nazirlər
Kabinetinə təqdim
etsin.
3. Bu Sərəncam imzalandığı
gündən qüvvəyə
minir.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının
Baş naziri
Bakı şəhəri,
21 iyun 2023-cü il
Azərbaycan.-2023.- 22 iyun.-
S.2.