Milli Məclisin nümayəndə heyəti Vyanada İmperial Xəzinə Muzeyində olub

 

Milli Məclisin sədri Sahibə Qafarova Avstriya Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Milli Şurasının sədri Volfqanq Sobotka ilə birlikdə paytaxt Vyanada yerləşən İmperial Xəzinə Muzeyində olub.

Milli Məclisin Mətbuat ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, qonaqlara muzeydə saxlanılan eksponatlar haqqında məlumat verilib. Bildirilib ki, muzeydə Avstriyada 800 il hakimiyyətdə olmuş Habsburq sülaləsinə aid tarixi əhəmiyyətə malik eksponatlar qorunur. İyirmi üç otaqda yerləşən muzey dini dünyəvi olmaqla iki hissədən ibarətdir burada Avstriya imperatorlarının tacqoyma mərasimlərində istifadə edilmiş tac geyimlər, onlara hədiyyə olunan zinət əşyaları, incəsənət kolleksiyası sair nümayiş olunur.

 

Azərbaycan.-2023.- 22 iyun.- S.3.