Milli Məclisin Sədri Sahibə Qafarova Avstriya Parlamenti Federal Şurasının Sədri
ilə görüşüb
Milli Məclisin
Sədri Sahibə Qafarova Avstriyaya rəsmi səfəri çərçivəsində iyunun 21-də Avstriya Respublikası Parlamenti
Federal Şurasının Sədri
Günter Kovaks ilə görüşüb.
Milli Məclisin
Mətbuat və ictimaiyyətlə əlaqələr
şöbəsindən verilən
məlumata görə,
Milli Məclisin Sədrini salamlayan Avstriya Parlamenti Federal Şurasının Sədri Azərbaycanın
Avropanın etibarlı
enerji tərəfdaşı
qismində çıxış
etməsi barədə
fikirlərini bölüşüb.
O, iki ölkənin parlamentlərarası əlaqələrini
daha da inkişaf
etdirmək üçün
qarşılıqlı səfərlərin
vacibliyini qeyd edib, bu sahədə
mövcud imkanları diqqətə çatdırıb.
Günter Kovaks deyib ki, bu
səfər parlamentlərimiz
arasında münasibətlərin
inkişafı ilə
bağlı qarşılıqlı
niyyətin göstəricisidir.
Azərbaycan parlament
nümayəndə heyətinə
göstərilən yüksək
qonaqpərvərliyə görə
minnətdarlığını bildirən parlamentin spikeri Sahibə Qafarova Azərbaycan Respublikası Milli Məclisinin Sədri səviyyəsində bu ölkəyə ilk rəsmi səfərin münasibətlərimizin inkişafına
töhfə verəcəyinə
inamını ifadə
edib.
Görüşdə Sahibə Qafarova xatırladıb ki, 30 il əvvəl ölkələrimiz arasında
diplomatik münasibətlər
qurulub. Spiker ölkələrimiz arasında
əlaqələrin dərinləşməsində
dövlət başçılarının
və hökumət rəsmilərinin qarşılıqlı
səfərlərinin və iki ölkə arasında imzalanan sənədlərin
əhəmiyyətindən danışıb.
Azərbaycanla Avstriya
parlamentləri arasında
əməkdaşlığın inkişaf perspektivləri barədə fikirlərini
bölüşən Milli
Məclisin Sədri bildirib ki, hər
iki ölkənin parlamentində fəaliyyət
göstərən parlamentlərarası
dostluq qrupları bu sahədə mühüm rol oynayırlar.
Azərbaycanın keçdiyi
inkişaf yolu haqqında ətraflı məlumat verən Milli Məclisin Sədri deyib ki, 105 il əvvəl
Şərqdə ilk demokratik respublikanı yaradan Azərbaycan bu gün regionda
ən inkişaf etmiş ölkədir. Azərbaycanın multikultural
və tolerant bir ölkə olduğunu diqqətə çatdıran spiker əlavə edib ki, bu gün
müxtəlif dinlərin
və millətlərin
nümayəndələri Azərbaycanda
təhlükəsiz və
firavanlıq şəraitində
yaşayırlar. Multikulturalizm
Azərbaycan xalqının
həyat tərzidir.
Görüşdə Milli Məclisin Sədri 44 günlük Vətən müharibəsi
başa çatdıqdan
sonrakı dövrdə
regionda mövcud olan vəziyyət, Azərbaycanın işğaldan
azad olunmuş ərazilərində həyata
keçirdiyi böyükmiqyaslı
bərpa və quruculuq işləri barədə də məlumat verib. Sahibə Qafarova deyib ki, Ermənistan
30 il ərzində Azərbaycan torpaqlarının
20 faizini işğal altında saxlayıb. Ölkəmiz 30 il dünyada mövcud olan ikili standartlardan
əziyyət çəkib,
Azərbaycan ərazilərinin
Ermənistan tərəfindən
işğalına son
qoyulması, torpaqlarımızın
qeyd-şərtsiz işğaldan
azad olunması ilə bağlı beynəlxalq təşkilatların
qərar və qətnamələri icra olunmayıb. 2020-ci ildə
Azərbaycan özü
BMT Təhlükəsizlik Şurasının
qətnamələrinin icrasını
təmin edib, öz ərazi bütövlüyünü və
tarixi ədaləti bərpa edib.
Spiker Sahibə
Qafarova deyib ki, hazırda Azərbaycan işğaldan
azad etdiyi Qarabağda və Şərqi Zəngəzurda
müasir şəhər
və kəndlər salır. Artıq məcburi köçkünlərimizin
öz doğma torpaqlarına qayıtmasını
nəzərdə tutan
Böyük qayıdış
proqramına start verilib və məcburi köçkünlərin
doğma yurdlarına qayıtması prosesinə
başlanıb.
Milli Məclisin
Sədri diqqətə
çatdırıb ki,
Azərbaycan işğal
qurbanı olmasına baxmayaraq, regionda uzunmüddətli sülhün
və sabitliyin təmin olunması üçün səy göstərir və Ermənistana sülh sazişi imzalamağı təklif edib. Spiker qeyd edib
ki, Azərbaycan sülh istəyir və sülhün əldə olunması bütün regionda sabitliyin və təhlükəsizliyin təmin
olunmasına xidmət
edəcək.
Federal Şuranın Sədri Günter Kovaks Azərbaycanın sülh təşəbbüslərini
təqdir etdiklərini
və dəstəklədiklərini
bildirib.
Görüşdə tərəfləri maraqlandıran
bir sıra digər məsələlər
də müzakirə olunub.
Görüşdən sonra Milli Məclisin
Sədri Sahibə Qafarova xatirə kitabını imzalayıb.
Sonra Federal Şuranın inzibati binası ilə tanışlıq olub.
Azərbaycan.-2023.-
22 iyun.- S.3.