Azərbaycanla Birləşmiş Krallıq
arasında strateji dialoqun iclası çərçivəsində xarici işlər nazirləri görüşüblər
Birləşmiş Krallığa
işgüzar səfər
çərçivəsində Azərbaycan Respublikasının
xarici işlər naziri Ceyhun Bayramov
və Birləşmiş
Krallığın Avropa
regionu üzrə dövlət naziri Leo Dokertinin iştirakı ilə iki ölkə arasında Strateji Dialoqun iclası keçirilib.
Bu barədə
Azərbaycan Xarici İşlər Nazirliyindən
bildirilib.
İclasda Azərbaycan-Birləşmiş
Krallıq arasında strateji dialoq məsələlərini özündə
ehtiva edən siyasi məsləhətləşmələrin
bir çox aspektlərinə dair ətraflı fikir mübadiləsi aparılıb,
regional və beynəlxalq gündəliyin
qarşılıqlı maraq
doğuran məsələləri
müzakirə edilib.
Azərbaycan və
Birləşmiş Krallıq
arasında bütün
sahələrdə qarşılıqlı
faydalı əməkdaşlığın
olduğu, Azərbaycanın
mühüm ticarət
tərəfdaşı kimi
xüsusi əhəmiyyəti
vurğulanıb. Birləşmiş
Krallıq şirkətlərinin
Azərbaycan iqtisadiyyatının
istər neft, istərsə də qeyri-neft sektorunda uğurla fəaliyyət göstərdiyini, iqtisadi əməkdaşlığın daha da dərinləşməsi
üçün geniş
imkanların mövcudluğu
bildirilib.
Ceyhun Bayramov bölgədə mövcud
olan cari vəziyyət, o cümlədən
sülh prosesi ilə bağlı Azərbaycan tərəfindən
atılan addımlar, Azərbaycanın iki ölkə arasında münasibətlərin normallaşması
ilə bağlı mövqeyi, azad olunmuş ərazilərdə
həyata keçirilən
bərpa və yenidənqurma işləri
ilə bağlı məlumat verib. Ermənistan tərəfindən
üçtərəfli bəyanatın
müddəalarının pozulmasının
bölgədə sülh
quruculuğuna əngəl
olduğu qarşı
tərəfin diqqətinə
çatdırılıb.
İclasda Azərbaycanda
həyata keçirilən
humanitar minatəmizləmə
fəaliyyəti barədə
fikir mübadiləsi aparılıb. Birləşmiş
Krallığın Azərbaycanın
işğaldan azad edilmiş ərazilərinin
minalardan təmizlənməsinə
verdiyi töhfə, bu ərazilərin yenidən qurulması və bərpası işlərində onların
yaxından iştirak niyyətləri təqdir olunub.
Həmçinin, tərəflər
çoxtərəfli formatda,
beynəlxalq təşkilatlar
çərçivəsində əməkdaşlıq, o cümlədən
Avropa İttifaqı ilə əlaqələr,
eləcə də Ukraynadakı vəziyyəti
müzakirə ediblər.
Strateji Dialoqun davamı olaraq, 21 iyun tarixində Ceyhun Bayramovun Birləşmiş Krallığın
xarici işlər, birlik və inkişaf məsələləri
üzrə dövlət
katibi Ceyms Kleverli ilə ikitərəfli görüşü
keçirilib.
Tərəflər, Azərbaycan-Birləşmiş
Krallıq arasında Strateji Dialoqun gündəliyində duran
məsələləri, siyasi,
iqtisadi, enerji və humanitar sahələrdə, o cümlədən
beynəlxalq təşkilatlar
çərçivəsində əməkdaşlığın hazırkı vəziyyəti
və inkişaf perspektivləri, ölkəmizin
təşəbbüsü ilə həyata keçirilən strateji enerji və nəqliyyat layihələri,
habelə regional təhlükəsizlik və
post-münaqişə vəziyyəti
ilə bağlı müzakirələr aparıblar.
C.Bayramov həmkarına
Ermənistan-Azərbaycan münasibətlərinin
normallaşdırılması istiqamətində danışıqların
aparılması və
Cənubi Qafqazda təhlükəsizliyin təmin
olunmasına dair ölkəmizin baxışları
haqqında məlumat verib.
Görüş zamanı
tərəflər iki
ölkə arasında
mövcud dialoq, qarşılıqlı səfərlər
və təmasların,
o cümlədən siyasi
məsləhətləşmələrin
münasibətlərin inkişafına
mühüm töhfə
verdiyini bildiriblər.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.
Azərbaycan.-2023.-
22 iyun.- S.3.