Müzəffər Komandan İlham Əliyevin rəhbərliyi
ilə ordumuz milli qürur mənbəyimizə çevrilib
Azərbaycan Silahlı Qüvvələri
1918-2023
Millətimiz və
dövlətimiz növbəti
dəfə 26 İyun
- Silahlı Qüvvələr
Gününü qalib
millət, qalib dövlət kimi qeyd edir. Buna
görə biz hamımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə
2020-ci ildə 44 günlük
Vətən müharibəsində
düşməni işğal
altında olan torpaqlarımızdan qovub çıxarmış qəhrəman
əsgərlərimizə, qazi və şəhidlərimizə
borcluyuq.
1918-ci il mayın
28-də Azərbaycan Xalq
Cümhuriyyəti elan
edildikdən sonra iyunun 26-da Milli Ordunun yaradılmasına başlandı və ilk Əlahiddə Azərbaycan Korpusu təsis edildi. Ümummilli Lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanı ilə həmin gün - 26 İyun Azərbaycan Respublikasının
Silahlı Qüvvələr
Günü elan edilmişdir.
Azərbaycan Xalq
Cümhuriyyətinin 1920-ci ildə
süqutu, o dövrün
ağır geosiyasi şərtləri və erməni daşnak qüvvələrinin düşmən
fəaliyyəti və
ərazi iddiaları səbəbindən Milli Ordumuzu tam qurmaq
mümkün olmadı.
Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusu imdadımıza yetməsəydi, Cümhuriyyətin
özünün iki ilə qədər mövcudluğu və paytaxtın Bakıya köçürülməsi mümkün
olmazdı. Həmin dövrün son dərəcə çətin
şərtlərinə rəğmən,
qəhrəman övladlarımız
Vətənimizin azadlığı
və müstəqilliyi
yolunda canlarını
fəda etdilər. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan
və Azərbaycanın
Sovet İttifaqının
tərkibinə qatılmasından
sonra Azərbaycanda ordu quruculuğunda da varislik prinsipi pozulmuş,
milli hərbçi kadrların hazırlanmasında
boşluq yaranmışdır.
Sovet dönəmində
Azərbaycanın öz
ordusunun olmamasına baxmayaraq, Azərbaycan oğullarının hünər
və şücaətləri
İkinci Dünya müharibəsində nasist
Almaniyasına qarşı
döyüşlərdə bütün Avropaya səs salmışdı.
Müxtəlif Avropa ölkələrində qəhrəmancasına
döyüşmüş Azərbaycan
əsgərləri bu
gün də ehtiramla anılır.
Sovet dönəmindən
bəhs edərkən
Ulu Öndər Heydər Əliyevin cəsarətli və vətənpərvər təşəbbüsü
və böyük səyləri ilə yaradılmış Naxçıvanski
adına hərbi məktəbi xatırlamamaq
mümkün deyildir. Heydər Əliyev böyük çətinliklə
də olsa, 1971-ci ildə Bakıda məşhur Azərbaycan sərkərdəsi Cəmşid
Naxçıvanski adına
hərbi kadrlar hazırlayan məktəbin
yaradılmasına nail
olur. Məktəbə
Cəmşid Naxçıvanskinin
adının verilməsi
Heydər Əliyevin hələ sovet dövründə Azərbaycanda
ordu sahəsində varislik prinsipinə sədaqətinin çox güclü göstəricisidir.
Çünki Cəmşid
Naxçıvanski Azərbaycan
Demokratik Cümhuriyyəti
dönəmində müstəqilliyin
qorunması uğrunda
erməni daşnaklara
və onların xarici havadarlarına qarşı qətiyyətlə
mübarizə aparmış,
komandiri olduğu Qarabağ süvari alayı ilə birlikdə 1920-ci ilin martında Şuşada daşnaklara qarşı fəal surətdə döyüşmüşdür. O, Sovet dövründə repressiyaya məruz qalmış və güllələnmişdir.
Azərbaycan yenidən
müstəqillik əldə
etdikdən sonra xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan
Ulu Öndər Heydər Əliyev olduqca mürəkkəb və ağır daxili və beynəlxalq şəraitdə
ordu quruculuğuna başladı. Eyni zamanda orduda ruh düşkünlüyünü
aradan qaldırmaq, əsgərlərin mənəvi
baxımdan da yaxşı hazırlanması
tələb olunurdu. Bu və digər
nüansları yaxşı
bilən Ulu Öndər qeyd edirdi ki, "Ordunun qüdrətini, onun döyüş qabiliyyətini, qələbə
iradəsini təşkil
edən döyüşçülərin
vətənpərvərlik hissidir. Hər bir əsgər, zabit, döyüşçü
vətənpərvərlik hissini, Vətənə, torpağa, müstəqil dövlətimizə, xalqımıza
sədaqət hissini hər şeydən üstün tutmalıdır.
Məhz bu keyfiyyətləri özündə
cəmləşdirən, əks
etdirən Azərbaycan
Ordusunun döyüşçüsü
ordumuzu möhkəmləndirə
bilər və hər an qələbəyə
nail ola bilər".
Ulu Öndərin
başladığı ordu
quruculuğu Prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirildi. Onun rəhbərliyi ilə ordumuz Vətən müharibəsində bütün
dünyanı heyrətə
salan böyük zəfər çaldı.
Məhz bu zəfər sayəsində
Prezident İlham Əliyev tarixə Müzəffər Ali Baş Komandan kimi düşüb. Amma bu uğurlarla
kifayətlənməyərək, Prezident İlham Əliyev ordumuzun peşəkarlığının və döyüş qabiliyyətinin yüksəldilməsinin
hər zaman prioritet olacağını
bəyan edib. Bu istiqamətdə işlər Vətən müharibəsi bitdikdən
sonra da davam edir.
İyunun 23-də dövlət
başçısı Komando
hərbi hissələrindən
birində yaradılmış
şəraitlə tanış
olub. Komando hissələrinin yaradılması
ordunun yüksəksəviyyəli
peşəkarlığının və çevikliyinin təmin edilməsinə xidmət edir və düşmən üçün çəkindirici
rol oynayır. Prezident, Müzəffər
Ali Baş Komandan İlham Əliyev Komando hərbi hissəsində əsgər və zabitlər qarşısında
bəyan etdi ki, "Bundan sonra da ordumuzun
daha da gücləndirilməsi
üçün bütün
lazımi tədbirlər
görüləcək. Azərbaycanın
düşmənləri bunu
bilir, görür, bilməlidir və görməlidir. Məhz buna görə bizə qarşı edilən istənilən təxribat cavabsız qalmır, hər bir təxribata layiqli cavab verilir,
istər hərbi cavab, istər siyasi cavab".
Adil
ƏLİYEV,
Milli Məclis Sədrinin müavini,
Gənclər və idman komitəsinin
sədri
Azərbaycan. - 2023.- 25 iyun.-
S.4.