Özəl
tibb fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
15-ci bəndini rəhbər
tutaraq, "Nağdsız
hesablaşmalar haqqında"
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə"
Azərbaycan Respublikasının
2022-ci il 9 dekabr tarixli 687-VIQD nömrəli
Qanununun icrası ilə əlaqədar qərara alır:
"Özəl tibb
fəaliyyəti haqqında"
Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2000, № 3 (I kitab),
maddə 129; 2001, № 3, maddə
144; 2002, № 5, maddə 240; 2004, № 6, maddə 396; 2007, № 6, maddə
560, № 10, maddə 938; 2009, № 12, maddə 949; 2015, № 11, maddə
1278; 2020, № 12 (I kitab), maddə
1425; 2021, № 6 (I kitab), maddə
543; 2022, № 6, maddə 592) 13-cü maddəsinin dördüncü
hissəsinə "müəssisələri"
sözündən sonra
"və özəl
tibbi praktika ilə məşğul olan fiziki şəxslər"
sözləri əlavə
edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
31 may 2023-cü il
Azərbaycan.-2023.- 26 iyun.-
S.2.