Azərbaycan
Respublikası tərəfindən
1995-ci il yanvarın
10-da təsdiq edilmiş
Birləşmiş Millətlər
Təşkilatının İqlim
dəyişmələri üzrə
çərçivə konvensiyasına
uyğun Azərbaycan Respublikasının qəbul
etdiyi öhdəliklərin
yerinə yetirilməsinin
təmin edilməsinə
dair tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin
1997-ci il 30 aprel tarixli 560 nömrəli Sərəncamında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
"Azərbaycan Respublikası
tərəfindən 1995-ci il
yanvarın 10-da təsdiq
edilmiş Birləşmiş
Millətlər Təşkilatının
İqlim dəyişmələri
üzrə çərçivə
konvensiyasına uyğun
Azərbaycan Respublikasının
qəbul etdiyi öhdəliklərin yerinə
yetirilməsinin təmin
edilməsinə dair tədbirlər haqqında"
Azərbaycan Respublikası
Prezidentinin 1997-ci il 30
aprel tarixli 560 nömrəli Sərəncamının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2003, № 9, maddə 512; 2007, № 9, maddə 871; 2008, № 9, maddə
797; 2010, № 6, maddə 501; 2020, № 3, maddə 305; 2022, № 5, maddə
539; 2023, № 3, maddə 389) 1-ci hissəsində aşağıdakı
dəyişikliklər edilsin:
1. "Azərbaycan Respublikası
rəqəmsal inkişaf
və nəqliyyat nazirinin müavini" abzasından sonra aşağıdakı məzmunda
yeni abzaslar əlavə edilsin:
"Azərbaycan Respublikası
energetika nazirinin müavini
Azərbaycan Respublikası
fövqəladə hallar
nazirinin müavini
Azərbaycan Dövlət
Su Ehtiyatları Agentliyinin sədri
Azərbaycan Respublikası
Dövlət Şəhərsalma
və Arxitektura Komitəsi sədrinin birinci müavini
Azərbaycan Respublikası
Dövlət Statistika
Komitəsi sədrinin
müavini".
2. "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı
Açıq Səhmdar
Cəmiyyətinin sədri"
abzası ləğv edilsin.
İlham
ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
25 iyun 2023-cü il
Azərbaycan.-2023.- 26 iyun.-
S.2.