Azərbaycan
Respublikası Prezidentinin
2020-ci il 30 iyul tarixli 1119 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət büdcəsindən
ayrılmış vəsait
hesabına işlərin
və xidmətlərin
göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik
hüquqi şəxslərin
siyahısında dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası
Prezidentinin 2020-ci il 30
iyul tarixli 1119 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2020, № 7, maddə 899; 2021, № 5, maddə 443, № 6 (I kitab), maddə 584, № 9, maddə
984; 2022, № 1, maddə 21, № 3, maddə 224, № 5, maddə
468, № 8, maddə 882; 2023, № 3, maddə 353) ilə təsdiq edilmiş "Dövlət büdcəsindən
ayrılmış vəsait
hesabına işlərin
və xidmətlərin
göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik
hüquqi şəxslərin
siyahısı"nda aşağıdakı
dəyişikliklər edilsin:
1.1. aşağıdakı məzmunda 21-7-ci, 35-1-ci və
35-2-ci hissələr əlavə
edilsin:
"21-7. Azərbaycan Respublikasının İqtisadiyyat
Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət
Xidmətinin tabeliyində
"Azərbaycan Standartlaşdırma
İnstitutu";
"35-1. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
tabeliyində "Geoloji
Kəşfiyyat Agentliyi"
35-2. Azərbaycan Respublikası
Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin tabeliyində
"Geodeziya və Kartoqrafiya Agentliyi";
1.2. 39-cu hissənin sonundan
nöqtə işarəsi
çıxarılsın və
aşağıdakı məzmunda
40 - 47-ci hissələr əlavə
edilsin:
"40. Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyinin tabeliyində
"Azərbaycan Respublikasının
Kino Agentliyi"
41. Azərbaycan Respublikasının
Dövlət Ehtiyatları
Agentliyi
42. Azərbaycan
Elm Fondu
43. Bakı Şəhər
İcra Hakimiyyəti başçısının tabeliyində
"Mərkəzi Nəbatat
Bağı"
44. Bakı Şəhər
İcra Hakimiyyəti başçısının tabeliyində
"Dendrologiya Bağı"
45. Qarabağ İqtisadi
Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti
46. Şərqi Zəngəzur
İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti
47. Şərqi Zəngəzur
İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti.".
2. Bu Fərman
2023-cü il yanvarın
1-dən tətbiq edilir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
25 iyun 2023-cü il
Azərbaycan.-2023.-
26 iyun.- S.2.