Azərbaycan
Respublikasının Gənclər
və İdman Nazirliyi haqqında Əsasnamənin, nazirliyin
strukturunun təsdiq edilməsi və aparatının işçilərinin
say həddinin müəyyən edilməsi
barədə Azərbaycan
Respublikası Prezidentinin
2006-cı il 18 aprel tarixli 392 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. "Azərbaycan Respublikasının
Gənclər və İdman Nazirliyi haqqında Əsasnamənin,
nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən
edilməsi barədə"
Azərbaycan Respublikası
Prezidentinin 2006-cı il
18 aprel tarixli 392 nömrəli Fərmanında
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2006, ¹ 4, maddə 324, ¹ 10, maddə
849; 2008, ¹ 7, maddə 612, ¹ 8, maddə 715, ¹ 11, maddə
970; 2009, ¹ 12, maddə 983; 2010, ¹ 2, maddə 83, ¹ 10, maddə
851; 2011, ¹ 2, maddə 85; 2012, ¹ 9, maddə 856; 2014, ¹ 4, maddə
362; 2017, ¹ 4, maddə 557, ¹ 5, maddə 813; 2018, ¹ 2, maddə
205; 2020, ¹ 8, maddə 1036; 2021, ¹ 8, maddə 920; 2022, ¹ 8, maddə
869, ¹ 12, maddə 1410; 2023, ¹ 2, maddə 247) aşağıdakı
dəyişikliklər edilsin:
1.1. adında "aparatının
işçilərinin say
həddinin" sözləri
"işçilərinin ümumi say tərkibinin" sözləri
ilə əvəz edilsin;
1.2. 3-cü hissəyə "vahidi" sözündən
sonra ", Bakı Şəhər Gənclər
və İdman İdarəsi və regional idarələrin işçilərinin say həddi 435 ştat vahidi" sözləri əlavə edilsin;
1.3. həmin Fərmanla
təsdiq edilmiş
"Azərbaycan Respublikasının
Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə"
üzrə:
1.3.1. 8.23-cü yarımbənddə
"kütləvi informasiya
vasitələrində" sözləri "mediada"
sözü ilə,
"açıqlanmasını" sözü "təşviqini"
sözü ilə əvəz edilsin;
1.3.2. 11-ci bəndin birinci
cümləsində "aparatının
işçilərinin say
həddinin" sözləri
"işçilərinin ümumi say tərkibinin" sözləri
ilə əvəz edilsin;
1.4. həmin Fərmanla
təsdiq edilmiş
"Azərbaycan Respublikasının
Gənclər və İdman Nazirliyinin strukturu"nun 2-ci hissəsində
"Respublikasının" sözü "Respublikası
Gənclər və İdman Nazirliyinin" sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
25 iyun 2023-cü il
Azərbaycan.-2023.-
26 iyun.- S.2.