Azərbaycan Respublikası Prezidentinin
2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının
Dövlət Gömrük
Komitəsi haqqında
Əsasnamədə dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası
Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2012, ¹ 6, maddə 540; 2013, ¹ 12, maddə 1552; 2014, ¹ 1, maddə
14; 2015, ¹ 6, maddə 699; 2016, ¹ 9, maddə 1487, ¹ 10, maddə
1626; 2017, ¹ 12 (I kitab), maddə
2333; 2018, ¹ 7 (I kitab), maddə
1487; 2019, ¹ 6, maddə 1031; 2020, ¹ 2, maddə 97, ¹ 6, maddə
702; 2022, ¹ 7, maddə 742, ¹ 8, maddə 871, ¹ 11, maddə
1268; 2023, ¹ 2, maddə 245, ¹ 3, maddə 368; Azərbaycan Respublikası Prezidentinin
2023-cü il 5 may tarixli 2132 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının
Dövlət Gömrük
Komitəsi haqqında
Əsasnamə"nin 5.5-ci bəndinin birinci cümləsində "iki"
sözü "bir"
sözü ilə və "dörd" sözü "üç"
sözü ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
25 iyun 2023-cü il
Azərbaycan.-2023.-
26 iyun.- S.2.