Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılmış Komissiyanın ilkin hesabatı dinlənilib

 

yunun 25-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun yanında Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün Nazirlər Kabinetinin 2023-cü il 21 iyun tarixli Sərəncamı ilə yaradılmış Komissiyanın ilkin hesabat iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iclasda Komissiyanın sədri, ekologiya təbii sərvətlər naziri Muxtar Babayev Söyüdlü kəndində tullantıxana sahəsində aparılmış monitorinqlərin mövcud vəziyyətin qiymətləndirilməsi işlərinin ilkin nəticələri barədə Baş nazirə məruzə edib.

Bildirilib ki, ərazidə aidiyyəti qurumlar tərəfindən ətraf mühitə təsirlər qiymətləndirilir, o cümlədən su torpaq nümunələri götürülərək analizlər aparılır, atmosfer havasının keyfiyyəti yoxlanılır.

Vurğulanıb ki, eyni zamanda, ərazidə fəaliyyət göstərən şirkətin imzalanmış sazişə əsasən öz üzərinə götürdüyü Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Sənədində əks olunmuş su, torpaq atmosfer havası üzrə keyfiyyət standartlarına, həmçinin bütün digər ekoloji normalara tam riayət etməsi tələb olunur.

İclasda, aparılmış monitorinqlərin ilkin nəticələri, həmçinin Komissiya qarşısında duran vəzifələr müzakirə edilib.

Baş nazir sakinlərin sağlamlığının ətraf mühitin qorunması ilə bağlı vətəndaşların müraciətlərinin ən ciddi şəkildə araşdırılması mövcud vəziyyətin qiymətləndirilməsi işlərinin davam etdirilməsi üçün müvafiq tapşırıqlar verib.

Söyüdlü kəndində aparılan monitorinqlərin qiymətləndirmənin yekun nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

 

Azərbaycan.-2023.- 26 iyun.- S.3.