Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı
ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin
edilməsi, hesablanması,
yenidən hesablanması,
bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik
edilməsi haqqında
¹ 210
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası
Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər
tutaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2022-ci il 30 dekabr tarixli 793-VIQD nömrəli
Qanununun icrasını
təmin etmək məqsədilə Azərbaycan
Respublikasının Nazirlər
Kabineti qərara alır:
1. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2022, ¹ 4, maddə
421; 2023, ¹ 2, maddə 315) ilə
təsdiq edilmiş “Əmək pensiyalarının
təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi
və ödənilməsi
Qaydası”nın 7.5-ci bəndinin
mətni ikinci cümlə hesab edilsin və aşağıdakı məzmunda
birinci cümlə əlavə edilsin:
“Əmək pensiyasının
və əmək pensiyasına əlavənin
artıq ödənilmiş
məbləği artıq
ödəmənin aşkar
olunduğu tarixdən
əmək pensiyaçısından
son üç il üçün hesablanaraq tutulur.”.
2. Bu Qərar
2023-cü il yanvarın
1-dən tətbiq edilir.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş
naziri
Bakı şəhəri,
25 iyun 2023-cü il
Azərbaycan.-2023.-
26 iyun.- S.3.