Azərbaycan
Respublikası Naxçıvan
Muxtar Respublikasının
Təhsil Nazirliyinin Naxçıvan Şəhər
Kimya-Biologiya Təmayüllü
Liseyinin Naxçıvan
Dövlət Universitetinin
tabeliyinə verilməsi
barədə
№ 208
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası
Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər
tutaraq, Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
1. Azərbaycan Respublikası
Naxçıvan Muxtar
Respublikasının Təhsil
Nazirliyinin Naxçıvan
Şəhər Kimya-Biologiya
Təmayüllü Liseyinin
Naxçıvan Dövlət
Universitetinin tabeliyinə
verilməsi barədə
Azərbaycan Respublikası
Naxçıvan Muxtar
Respublikasının Nazirlər
Kabinetinin Azərbaycan
Respublikasının Elm
və Təhsil Nazirliyi ilə razılaşdırılmış təklifi qəbul edilsin.
2. Azərbaycan Respublikası
Naxçıvan Muxtar
Respublikasının Nazirlər
Kabineti və Azərbaycan Respublikasının
Elm və Təhsil Nazirliyi Naxçıvan Şəhər
Kimya-Biologiya Təmayüllü
Liseyin Naxçıvan
Dövlət Universitetinin
tabeliyinə verilməsi
ilə əlaqədar
irəli gələn məsələləri qanunvericiliyin
tələblərinə uyğun
olaraq həll etsinlər.
3. Naxçıvan Şəhər
Kimya-Biologiya Təmayüllü
Liseyin cari ildə Naxçıvan Dövlət Universitetinin tabeliyində fəaliyyətinin
maliyyələş-dirilməsi Naxçıvan Muxtar Respublikasının 2023-cü il
büdcəsində Naxçıvan
Muxtar Respublikası Təhsil Nazirliyinin Naxçıvan Şəhər
Kimya-Biologiya Təmayüllü
Liseyi üzrə nəzərdə tutulmuş
vəsait çərçivəsində
davam etdirilsin,
2024-cü ildən isə
Azərbaycan Respublikası
dövlət büdcəsinin
mərkəzləşdirilmiş xərclərində Azərbaycan
Respublikasının Elm
və Təhsil Nazirliyi üzrə nəzərdə tutulmuş
vəsait hesabına həyata keçirilsin.
4. Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi bu Qərarın 3-cü hissəsində qeyd olunan maliyyələşmə
məsələlərini növbəti
illərin Azərbaycan
Respublikasının icmal
və dövlət büdcəsinin tərtibi
prosesində nəzərə
alsın.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş
naziri
Bakı şəhəri,
25 iyun 2023-cü il
Azərbaycan.-2023.-
26 iyun.- S.3.