Naxçıvan
Lift Xidmətinin və Naxçıvan Yaşıllaşdırma Xidmətinin
Naxçıvan Şəhər
İcra Hakimiyyətinin
tabeliyinə verilməsi
barədə
Nazirlər Kabineti
№ 207
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası
Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər
tutaraq, Azərbaycan Respublikası Prezidentinin
2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında
dövlət əmlakının
idarə edilməsinin
təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”nın 7.11-ci bəndinə əsasən
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikasının
Naxçıvan Muxtar
Respublikası Nazirlər
Kabinetinin təklifi nəzərə alınaraq,
Naxçıvan Lift Xidməti və Naxçıvan Yaşıllaşdırma
Xidməti ştat vahidləri və onlara məxsus əmlakla birlikdə Naxçıvan Şəhər
İcra Hakimiyyətinin
tabeliyinə verilsin.
2. Azərbaycan Respublikasının
Naxçıvan Muxtar
Respublika-sının Nazirlər
Kabineti və Naxçıvan Şəhər
İcra Hakimiyyəti bu Qərardan irəli gələn məsələləri qanunvericiliyin
tələblərinə uyğun
olaraq həll etsinlər.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş
naziri
Bakı şəhəri,
25 iyun 2023-cü il
Azərbaycan.-2023.-
26 iyun.- S.3.