Azərbaycan
və İran XİN rəhbərləri
iki ölkə arasında münasibətlərin
cari vəziyyətini müzakirə ediblər
İyunun 25-də Azərbaycan
Respublikasının xarici
işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı
baş tutub.
Xarici İşlər
Nazirliyinin Mətbuat xidməti idarəsindən
AZƏRTAC-a bildirilib ki,
telefon danışığı
zamanı Azərbaycanla
İran arasında münasibətlərin
cari vəziyyəti və perspektivləri müzakirə edilib.
İkitərəfli və regional əlaqələrə dair
bir sıra istiqamətlərdə, o cümlədən
iqtisadi və nəqliyyat layihələri
ilə bağlı iki ölkənin aidiyyəti qurumları və rəsmiləri arasında baş tutmuş danışıqların
və qarşılıqlı
təmasların vacibliyi
qeyd olunub.
Bununla yanaşı,
ikitərəfli gündəlikdə
duran həlli zəruri olan məsələlərə dair
danışıqların davam
etdirilməsinin və
onların həllinin əhəmiyyəti vurğulanıb.
Telefon danışığı zamanı, həmçinin bir sıra çoxtərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan.-2023.- 26 iyun.- S.3.