Ən
yaraşıqlı paltar
- əsgər forması,
ən şərəfli
xidmət - əsgərlik,
ən müqəddəs
musiqi - əsgər marşıdır
Azərbaycan Silahlı Qüvvələri
Dünya xalqlarının
tarixində xüsusi musiqi əsərləri olur ki, onlar
uzun müddət yaddan çıxmır. Məsələn, Mixail İsakovskinin
1938-ci ildə yazdığı
əfsanəvi "Katyuşa"
mahnısı bu gün də rus musiqiçilərinin repertuarından düşmür.
Vətənpərvərlik ruhunda yazılmış bu mahnı 1941-1945-ci illər müharibəsində
sovet əsgərlərinin
himninə çevrilmişdi.
Müharibə gedən
5 il ərzində sovet ordusunun əhvali-ruhiyyəsini yüksəldən
"Katyuşa" dünyanın
müxtəlif dillərində
oxunmuş və hələ də oxunmaqda davam edir. Faşizm üzərində qələbədə
müəyyən ideoloji
rolu olan bu mahnı sonralar
Rusiyada heykəltaraşlar
tərəfindən əbədiləşdirilib.
Smolensk vilayətindən
keçən Uqra çayı sahilində
1983-cü ildə taxtadan
ucaldılan abidə
"Katyuşa" mahnısına
həsr olunub. Hətta həmin vilayətin kəndlərinin
birində "Katyuşa"
muzeyi də var.
İkinci Dünya
müharibəsinin gedişində
Üzeyir bəy Hacıbəylinin Səməd
Vurğunun sözlərinə
yazdığı "Şəfqət
bacısı" mahnısı
da "Katyuşa"
qədər sovet Azərbaycanında əks-səda
vermişdi. Fatma Mehrəliyevanın möhtəşəm
ifasında səslənən
bu mahnı heç bir azərbaycanlının vətənpərvərlik
ruhuna təsirsiz ötüşməmişdir. Bu
gün isə Üzeyir bəyin "Cəngi"si, "Koroğlu"
operasındakı uvertürası
bizim gənclərin vətənpərvər ruhda
yetişməsində böyük
rol oynayır, onları qəhrəmanlığa
səsləyir, torpağın,
vətənin müdafiəsinə
hazırlayır. Azərbaycanda
milli-azadlıq hərəkatının
başlandığı illərdə
Azadlıq meydanında
səslənən "Koroğlu"
uvertürasını meydana
toplaşanlar xorla ifa edirdilər. Əsər insanlarda yaratdığı coşqu
qədər, həm də onları torpağa sarılmağa,
vətənin müdafiəsi
uğrunda ölümə
getməyə ruhlandırırdı.
Məhz həmin ruh 44 günlük savaşda düşməni
darmadağın edib diz çökdürdü.
İllərdir dillər
əzbəri olan
"Əsgər marşı" da
Birinci Qarabağ müharibəsində
müsəlləh əsgər
rolunu oynayan mahnı idi. İlk vaxtlar "Laçın batalyonunun marşı"
kimi oxunan bu musiqi parçası
sonralar Cavanşir Quliyevin bəstəsində
mükəmməl bir
əsərə çevrildi.
Heç də "Katyuşa"dan geri qalmayan "Əsgər
marşı"
1992-ci ildən bəri
təkcə əsgərlərin
deyil, uşaqdan tutmuş böyüklərə
qədər
hər kəsin dilinin əzbəri, ruhunun coşqusudur. Bənzərsiz
səsi ilə ürəkləri riqqətə
gətirən Şəmistan
Əlizamanlı "Əsgər
marşı"nı ifa
edəndə insana elə gəlir ki, əsgərlərin ayaq səsini eşidir, düşmənə
diz çökdürdüyünə
şahidlik edirsən.
İkinci bir mahnı da var
- "İgid əsgər,
möhkəm dayan".
Şəmistan Əlizamanlı
bu musiqi parçasını hər
dəfə möhtəşəm
səsi ilə oxuyanda sanki insanın burnuna müharibə qoxusu gəlirdi.
Gün gəldi ki, həmin qoxunu canına hopduran Azərbaycan Ordusunun əsgər və zabitləri bu mahnı ilə
nərə çəkib
düşmən üzərinə
şığıdılar. "Cənab leytenant" mahnısı
isə Ramil Səfərovun simasında
Azərbaycan zabitlərinin
şərəfinə yazılıb.
Bu mahnıda da ifaçı çalışıb ki,
dinləyiciyə zabit
şərəfinin dəyərini
çatdıra bilsin,
vətənpərvər mahnıların
xalqın ruhu olduğunu söyləsin.
Bu ruhda yazılan musiqi əsərləri Azərbaycan
Ordusunun şərəfini
qoruyan, namusunu və qeyrətini uca tutan nota
köklənib. Ona görə də əvvəllər belə
musiqiləri dinləyəndə
adam düşünürdü
ki, bir alaya,
bir bölüyə bərabər olan həmin marş və mahnılar bizə Zəfər
Gününü yaxınlaşdırır
və tezliklə onların sədaları altında addımlayan Azərbaycan əsgərinin
qələbə paradına
şahidlik edəcəyik.
Elə də oldu. Bu vətənpərvər
əsgər təranələri
Azərbaycan Ordusunu coşdurdu, əsgərinə
ruh verdi, zəfərin bir nəfəs qədər yaxın olduğunu sezdirdi
Züleyxa ƏLİYEVA,
Azərbaycan.-2023.-
26 iyun.- S.7.