Azərbaycan Memarlıq
və İnşaat Universitetində (AzMİU)
məzun günü keçirilib. "Elektra Events Hall"da təşkil edilən mərasimdə universitetin
rəhbərliyi, professor-müəllim
heyəti, məzunlar və onların valideynləri, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri
iştirak ediblər.
AzMİU-nun rektoru
professor Gülçöhrə
Məmmədova 2022/2023-cü tədris ilində universiteti bitirən məzunların statistikasını
açıqlayıb və
bu məzunların azad olunmuş ərazilərimizin dirçəldilməsi
işinə verəcəkləri
töhfəyə diqqət
çəkib. Rektor çıxışında həmin
məzunlara səslənərək
onların məzun gününün Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə təsadüf
etməsini əlamətdar
hadisə kimi dəyərləndirib. Ümummilli
Liderin təhsilə, elmə olan diqqəti, gənclərə
olan qayğısını
yada salan rektor məzunlara vətənə layiqli vətəndaş olmağı,
bütün enerjilərini
ölkəmizin inkişafına
sərf etməyi tövsiyə edib. Professor Gülçöhrə
Məmmədova AzMİU-nun
məzunu adını
qazanan gəncləri bir daha təbrik
edib, onlara gəncliyin bəxş etdiyi enerjidən faydalanaraq böyük uğurlara imza atmağı arzulayıb.
Qonaqlar da çıxışlarında məzunları
təbrik edib, onlara dəyərli tövsiyələr veriblər.
Məzunlara peşəkar
karyera yolunda atacaqları addımlarda uğurlar diləyiblər.
Çıxışlardan sonra
rektor və mərasimin fəxri qonaqları AzMİU-nun müxtəlif fakültələrini
əla qiymətlərlə
bitirmiş məzunlara
fərqlənmə diplomlarını
təqdim ediblər. Təhsildə və ictimai işlərdə fərqlənən tələbələrə
də mükafatlar verilib.
Məzunların ənənəvi
"papaqatma" mərasimi
keçirildikdən sonra
xatirə şəkli
çəkdirilib. Mərasim
əyləncəli proqramla
davam edib.
Nəzrin QARDAŞXANOVA,
Azərbaycan.-2023.-
26 iyun.- S.12.