XİN: Erməni
sakinlərin “hüquq
və təhlükəsizliyi”
məsələsindən sui-istifadə
cəhdləri qəbuledilməzdir
Ermənistan tərəfinin
təxribatından sonra
Azərbaycanın həyata
keçirdiyi təhlükəsizlik
və istintaq tədbirləri ilə əlaqədar Laçın
sərhəd buraxılış
məntəqəsinin fəaliyyətinin
müvəqqəti olaraq
məhdudlaşdırılmasının “blokada və etnik təmizləmə” kimi təqdim edilməsi Ermənistanın
saxta təbliğatının
tərkib hissəsidir.
AZƏRTAC xəbər verir ki, bu
fikirlər Azərbaycan
Xarici İşlər
Nazirliyinin (XİN) Ermənistan
Xarici İşlər
Nazirliyinin 24 iyun tarixli bəyanatına dair şərhində əksini tapıb.
“Ərazilərimizi 30 ilə yaxın müddətdə işğal
altında saxlayan, azərbaycanlılara qarşı
etnik təmizləmə
siyasəti həyata keçirən, öhdəliklərinə
zidd olaraq erməni silahlı qüvvələrini Azərbaycan
ərazilərindən hələ
də tam olaraq çıxarmayan, Azərbaycanın sülh prosesi təkliflərinə
uzun müddət laqeyd yanaşan və bir sıra
əsassız iddiaları
ilə hazırda prosesə maneçilik törədən Ermənistanın
Azərbaycanı nifrət
və düşmənçilikdə
təqsirləndirməsini qətiyyətlə
pisləyirik.
Ermənistan tərəfinin
təxribatından sonra
Azərbaycanın həyata
keçirdiyi təhlükəsizlik
və istintaq tədbirləri ilə əlaqədar Laçın
sərhəd buraxılış
məntəqəsinin fəaliyyətinin
müvəqqəti olaraq
məhdudlaşdırılmasının “blokada və etnik təmizləmə” kimi təqdim edilməsi Ermənistanın
saxta təbliğatının
tərkib hissəsidir.
Görünür ki,
Ermənistan tərəfi
buraxılış məntəqəsi
təsis edilən gündən yüzlərlə
erməni sakinlərin
azərbaycanlı sərhədçilərlə
qarşılıqlı anlayış
və əməkdaşlıq
ruhunda hər iki istiqamətdə keçidini həzm etməyərək, bu kimi təhrikçi addımları təkidlə
davam etdirməkdə maraqlıdır.
Eyni qaydada, Azərbaycanın Qarabağ
bölgəsində yaşayan
erməni sakinlərə
qarşı “humanitar təhdidlər” olduğu iddialarının heç
bir əsası yoxdur. Azərbaycanın zərurət olduğu təqdirdə sakinlərə
yardım etmək təkliflərindən özlərini
erməni sakinlərin
nümayəndələri kimi
təqdim edən şəxslər tərəfindən
hər vəchlə imtina olunması, erməni tərəfinin bu məsələdən öz dar siyasi
məqsədləri üçün
istifadə etdiyini göstərir.
Qeyd edilənlərlə yanaşı, erməni sakinlərin “hüquq və təhlükəsizliyi” məsələsindən sui-istifadə cəhdləri qəbuledilməzdir. Azərbaycan tərəfi erməni sakinlərin reinteqrasiyası istiqamətində səy göstərir və Ermənistan tərəfinin müxtəlif bəhanələrlə prosesə müdaxiləsinə, habelə destruktiv şəkildə maneçilik törətməsinə son qoyulması zəruridir”, - deyə məlumatda bildirilib.
Azərbaycan.-2023.- 26 iyun.- S.12.