Qəri
Counz: Azərbaycan enerji sahəsində geniş təcrübəyə
malikdir
Ulu Öndər
Heydər Əliyevin yaratdığı bir çox dəyərli ənənələr bu gün də yaşayır, xalqımıza
faydalar gətirir və zamanın tələbi ilə daha da inkişaf
edir.
Nümunə kimi
ilk dəfə
1994-cü ilin mayında
Ümummilli Liderin təşəbbüsü və
təşkilatçılığı ilə keçirilən Beynəlxalq Xəzər Neft və Qaz
Sərgisini də göstərmək olar. Ötən illər ərzində bu tədbir genişlənmiş,
yeni-yeni sahələri
əhatə etmiş və çoxsaylı iştirakçı toplamışdır.
Buna müvafiq olaraq adını
da dəyişmiş və artıq ikinci ildir "Bakı Enerji Həftəsi" adlansa da, məkanını və məramını dəyişməmişdir.
Tədbirin bir yeniliyi də yekunda ona evsahibliyi
edən Azərbaycanın
paytaxtından regionlarına
da üz tutmasıdır. Belə ki, keçən il həftənin
yekun tədbiri Şuşa şəhərində
keçirilmişdir. Bu
il 31 may-3 iyun tarixlərində keçirilən
tədbirlər isə
sonuncu gün Naxçıvan şəhərində
xüsusi sessiya ilə tamamlanmışdır.
"Bakı Enerji
Həftəsi"nin bu
diyara "səfər"i
təsadüfi deyildi.
Tədbirin təşkilatçıları
burada keçirilən
sessiyanı "Heydər
Əliyev İli"nə
həsr etdilər. Bu da böyük
məntiqi məna daşıyırdı. Çünki
Naxçıvan Ulu Öndərimizin dünyaya
göz açdığı
məkandır. İştirakçılar
və təşkilatçılar
onu da yaxşı
bilirdilər ki, Azərbaycanın yeni neft strategiyasının müəllifi Heydər Əliyevdir, o cümlədən
sözügedən sərgi
də onun yadigarlarındandır.
Bunları ölkəmizdə
ən iri neft, qaz və
ixrac layihələrinin
əməliyyatçısı olan bp şirkətinin
Azərbaycan, Gürcüstan
və Türkiyə üzrə regional prezidenti Qəri Counz da vurgulamışdır.
2017-ci ilin əvvəlində
Azərbaycana gəldiyi
vaxtdan indiyədək
bu gözəl ölkənin bir çox görməli yerləri və guşələri ilə tanış olduğunu demişdir. Naxçıvana
ilk dəfədir səfər etdiyini və buralara valeh
olduğunu bildirmişdir: "Sanki dünya sivilizasiyasının
yarandığı yerlərdən
birinə səfər
etmişəm. Naxçıvanın
qədim tarix və memarlıq abidələri haqqında
çox eşitmişəm.
Naxçıvanın çox
qədim tarixi və özünəməxsus
simvolikası var. O, həm də nadir təbiəti və zəngin mədəni irsi olan bir bölgədir.
Azərbaycanın bir çox böyük mütəfəkkirləri, şairləri
və yazıçıları
əslən buradandırlar".
Naxçıvanın bu il bütün
ölkədə anadan
olmasının 100 illik
yubileyi geniş qeyd edilən Ümummilli Lider Heydər Əliyevin doğulduğu yer kimi böyük bir irsin daşıyıcısı
olduğunu vurğulayan
Qəri Counz sözügedən sessiya üçün bu diyardan daha münasib
yer təsəvvür
edə bilmədiyini də diqqətə çatdırmışdır. bp rəsmisinin Azərbaycana və Heydər Əliyevə həsr etdiyi həmin çıxışından ayrı-ayrı hissələrlə
oxucuları da tanış etmək istərdik.
Q.Counz: "Heydər
Əliyevin liderliyi və fədakarlığı
bu ölkədə öz silinməz izini qoyub. Onun
xatirəsi Azərbaycan
xalqı tərəfindən
böyük ehtiramla yad edilir. Biz
də bp-də bu böyük şəxsiyyəti dərin
hörmət və minnətdarlıqla anırıq.
Azərbaycanın müasir
tarixi və yeni neft strategiyası
Heydər Əliyevin uzaqgörənliyi sayəsində
formalaşıb. O, haqlı
olaraq hesab edirdi ki, ölkənin
nəhəng karbohidrogen
ehtiyatları onun iqtisadi və sosial inkişafında əsas amilə çevrilə bilər.
O, həmin ehtiyatların
işlənməsi üçün
xarici investisiyaların
və təcrübənin
cəlb edilməsinin vacibliyini də bilirdi. "Azəri-Çıraq-Günəşli",
Bakı-Tbilisi-Ceyhan və
"Şahdəniz" kimi
dünya səviyyəli
enerji layihələrinin
uğurla həyata keçirilməsi Heydər
Əliyevin şəxsən
iştirakı və güclü dəstəyi
ilə mümkün oldu. Bu gün
biz Ulu Öndərin
öz xalqı üçün cızdığı
strateji baş planının möhtəşəm
nəticələrinin şahidiyik.
Həmin meqalayihələrin
fenomenal iqtisadi inkişaf üçün
necə zəmin yaratdığını və
Azərbaycanı müasir
enerji mərkəzinə
çevirdiyini görürük".
Bəli, bu gün Azərbaycan qlobal enerji oyunçusudur.
Ölkəmizdə yeni enerji
dövrünə keçid
üçün də
geniş imkanlar yaranıb. Yeri gəlmişkən qeyd edək ki, bp-nin regional prezidenti bunları da vurğulamışdır: "Ölkənin nəhəng
neft və qaz ehtiyatları enerjiyə artan tələbatı qarşılamağa
və təchizatın
təhlükəsiz və
əlçatan olmasını
təmin etməyə
imkan verir. Prezident İlham Əliyevin
və Azərbaycan hökumətinin dəstəyi
sayəsində ölkənin
böyük enerji layihələri bütün
maraqlı tərəflərə
fayda gətirməkdə
davam edir. İnanırıq ki, Azərbaycan
yeni enerji dövrünə
keçid prosesində
də irəlidə gedə bilər. Çünki bunun üçün münasib
olan hər cür şəraiti var. Azərbaycan qabaqcıl infrastruktura, güclü tərəfdaşlıq əlaqələrinə
və enerji sahəsində geniş təcrübəyə malikdir.
Ölkənin həmçinin
zəngin bərpaolunan
enerji resursları var.
Xüsusən də Naxçıvan və Şərqi Zəngəzur
kimi bölgələrdə.
Bu ərazilər böyük
günəş, geotermal,
hidroenergetika və külək potensialı ilə seçilir. Bu rəngarənglik tam xalis sıfır enerji sistemi üçün
ideal imkan yaradır. Azərbaycan da bu əraziləri nümunəvi
"yaşıl zona"ya
çevirmək niyyətindədir".
bp-nin indiyədək Azərbaycanın möhtəşəm
enerji tarixinin bir hissəsi olmağından böyük
qürur duyduğunu bildirən Qəri Counz demişdir: "Bundan sonra isə
biz ölkənin enerji
gələcəyinin formalaşmasına
da dəstək verməyə
hazırıq".
Flora SADIQLI,
Azərbaycan.-2023.- 26 iyun.-
S.13.