Qeyri-neft-qaz
sənayesinin inkişafından
başqa yol yoxdur
Çoxdan qəbul
olunmuş reallıqdır
ki, hansı ölkə sənayenin inkişafına daha çox diqqət yetirirsə, o, uğur qazanır. Xüsusilə yüksək texnologiyalar hesabına sənayesini inkişaf etdirən ölkələr daha irəli gedirlər.
Xammal ixracatçısı
olan ölkələr
isə birjalarda cərəyan edən proseslərin əsiri olurlar. İndi aydın olur ki, birjalarda qiyməti təkcə iqtisadiyyatın qızıl
qanunu olan tələb və təklif müəyyən
etmir. Əsasən də strateji xarakterli məhsulların alış-satışında qiymətləri
idarə edən hegemon dövlətlərin
siyasi ambisiyaları olur. Bu üzdən
xammal ixracatçısı
olan ölkələrin
iqtisadiyyatları həmişə
risk altında qalır.
Prezident İlham
Əliyevin rəhbərliyi
ilə icra edilən iqtisadi islahatların əsas məqsədi də ölkənin neft-qaz gəlirlərindən asılılığını
azaltmaqdır. Artıq
bu istiqamətdə görülən işlər
tədricən öz bəhrəsini verir. Son dövrlər ixracatda qeyri-neft sənaye məhsullarının
çəkisinin artması
da bununla bağlıdır.
Dövlət başçısı
ölkənin hərtərəfli
və dayanıqlı
inkişafında qeyri-neft
sənayesinin əhəmiyyətini
vurğulayaraq demişdir:
"Çünki neft
sektoru həm qiymət dəyişikliklərinə,
həm də neft hasilatının müəyyən artımına,
yaxud azalmasına məruz qalır. Azərbaycan OPEK+ proqramının
fəal iştirakçısıdır
və biz bu yaxınlarda bütün ölkələrlə
həmrəylik nümayiş
etdirmək üçün
hasilatın azaldılması
üzrə üzərimizə
əlavə öhdəliklər
götürmüşük. Buna görə də həmin amillərə əsaslanaraq
biz həmişə qeyri-neft iqtisadiyyatına və qeyri-neft sənayesinə daha çox diqqət yetiririk. Fikrimcə, bizim bu istiqamətdə
də nəticələrimiz
xeyli yaxşı olacaq".
Sitatın davamı
olaraq qeyd edək ki, ölkəmizdə
müasir sənaye müəssisələrinin qurulmasına
xüsusi diqqət verilir. Bu məqsədlə
sənaye zonalarında
çalışmaq istəyən
yerli və xarici investorlara sərfəli güzəştlər
edilir. Onun nəticəsidir ki, son bir neçə
ildə çox sayda yerli və
xarici sahibkar bu əlverişli imkanlardan istifadə etməyə qərar vermişdir.
Söz düşmüşkən,
Azərbaycanda qeyri-neft-qaz
sənayesinin inkişafında
özəl sektorun rolu böyükdür. Sahibkarlığın inkişafına
verilən dövlət
dəstəyi sayəsində
qeyri-neft-qaz sənayesində
məhsul istehsalında
iş adamlarının
rolu artır. Təkcə cari ilin yanvar-may aylarında sənayedə
qeyri-dövlət sektorunun
payı 85,9 faiz olmuşdur.
Başqa fakt: Dövlət Statistika Komitəsindən verilən
məlumatda qeyd edilir ki, cari
ilin ilk 5 ayında neft-qaz sektorunda məhsul istehsalı 2,8 faiz azalsa da, qeyri-neft
sektorunda 7,4 faiz artmışdır.
Hesabat dövründə
toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatlar, ayaqqabıların
istehsalı sahələrində
207,3 milyon manat dəyərində məhsul
istehsal edilmiş, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə
toxuculuq sənayesində
49,9 faiz artım müşahidə edilmişdir.
Qeyri-neft-qaz sektorunda kimya sənayesi önəmli rol oynayır. Hesabat dövründə kimya sənayesi, əczaçılıq
məhsullarının, rezin
və plastik kütlə məmulatlarının
istehsalı sahələrində
847,4 milyon manatlıq məhsul istehsal olunmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə rezin və plastik kütlə məmulatlarının
istehsalı 16,5, kimya sənayesi məhsullarının
istehsalı 8,9 faiz artmışdır.
İndiki halda ölkəmizdə tikinti materialları istehsalının
artmasının böyük
əhəmiyyəti var.
İşğaldan azad
olunmuş ərazilərdə
nəhəng abadlıq-quruculuq
işləri görüldüyü
üçün tikinti
materiallarına tələbat
xeyli artıb. Deməli, istehsal, yəni təklif də bu tələbə
cavab verməlidir.
Bəs statistika
nə deyir? DSK-nin məlumatına görə,
hesabat dövründə
tikinti materiallarının
istehsalı sahəsində
cari ilin 5 ayında istehsalın ümumi dəyəri 402,2
milyon manat olmaqla əvvəlki ilin müvafiq dövrünün göstəricisini
18,8 faiz üstələmişdir.
Bu aylar ərzində tikinti gipsinin istehsalı 2,2 dəfə, əhəng istehsalı 56,2, tikinti şüşəsinin istehsalı
29,7, beton istehsalı isə 21,7 faiz artmışdır. Metallurgiya
sənayesi və hazır metal məmulatlarının istehsalına
gəldikdə, cari ilin yanvar-may aylarında həmin sahə üzrə 425,9 milyon manatlıq məhsul istehsal olunmuş, hazır metal məmulatlarının
istehsalı sahəsində
9,7 faiz artım müşahidə edilmişdir.
Azərbaycanda yüksək
texnologiyalı məhsulların
istehsalında da artım dinamikası var. Belə ki, hesabat dövründə
kompüter, elektron və optik məhsullarının,
elektrik avadanlıqlarının
istehsalı sahəsində
cari ilin yanvar-may aylarında 85 milyon manatlıq məhsul istehsal olunmuş, əvvəlki ilin eyni dövrü
ilə müqayisədə
kompüter, elektron və optik məhsullarının
istehsalı 2,1 dəfə,
elektrik avadanlıqlarının
istehsalı isə 2,4
faiz artmışdır.
Bu aylar ərzində keçən
ilin müvafiq dövrü ilə müqayisədə stolüstü
kompüterlərin istehsalında
3,4 dəfə, ölçmə
cihazlarının istehsalında
88 faiz artım qeydə alınmışdır.
Qeyri-neft-qaz sənayesinin
inkişafı dövlət
büdcəsinin gəlirlərində
də özünü
göstərir. Təsadüfi
deyil ki, büdcə gəlirlərində
qeyri-neft-qaz sənayesinin
çəkisi artmaqda
davam edir. Qeyri-neft-qaz sektorunda da qeyri-neft-qaz sənayesi məhsullarının
payı əhəmiyyətli
miqdarda artmaqdadır. Bununla belə, iqtisadi
islahatlar hələ başa çatmayıb, proses davam edir.
Odur ki, yaxın illərdə məhsul istehsalında və
ixracda qeyri-neft-qaz sənayesinin payının daha da yüksək
olacağı istisna edilmir.
Rüstəm KAMAL,
Azərbaycan.-2023.- 26 iyun.-
S.13.