Cinayət yolu ilə əldə edilmiş əmlakın
leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizəyə
dair 2023-2025-ci illər üzrə Milli Fəaliyyət Planının təsdiq
edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və
terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizənin
gücləndirilməsi, eləcə
də bu sahədə həyata keçirilən sistemli və kompleks tədbirlərin davamlılığının
təmin edilməsi məqsədilə qərara
alıram:
1."Cinayət yolu
ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və
terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizəyə
dair 2023-2025-ci illər
üzrə Milli Fəaliyyət Planı"
(bundan sonra - Milli Fəaliyyət Planı) təsdiq edilsin (əlavə olunur).
2.Milli Fəaliyyət
Planında icraçı
qismində nəzərdə
tutulmuş mərkəzi
icra hakimiyyəti orqanlarına, publik hüquqi şəxslərə
və Azərbaycan Respublikasının İqtisadiyyat
Nazirliyi yanında Dövlət Vergi Xidmətinə tapşırılsın,
Azərbaycan Respublikasının
Ali Məhkəməsinə, Azərbaycan Respublikasının
Baş Prokurorluğuna,
Azərbaycan Respublikasının
Mərkəzi Bankına,
Azərbaycan Respublikasının
Auditorlar Palatasına və Azərbaycan Respublikasının Vəkillər
Kollegiyasına isə
tövsiyə edilsin ki:
2.1. Milli Fəaliyyət Planının
icrası üzrə illik iş planlarını
təsdiq etsinlər və bu barədə
məlumatı "Cinayət
yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına
və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə
haqqında" Azərbaycan
Respublikası Qanununun
20-ci maddəsinə uyğun
olaraq yaradılan Koordinasiya Şurasına (bundan sonra - Koordinasiya Şurası) və Azərbaycan Respublikasının Korrupsiyaya
qarşı mübarizə
üzrə Komissiyasına
göndərsinlər;
2.2. Milli Fəaliyyət Planında
nəzərdə tutulan
tədbirlərin icrası
barədə hər il yanvarın 31-dək Koordinasiya Şurasına və Azərbaycan Respublikasının Korrupsiyaya
qarşı mübarizə
üzrə Komissiyasına
illik hesabat təqdim etsinlər.
3.Azərbaycan Respublikasının
Korrupsiyaya qarşı
mübarizə üzrə
Komissiyasına və Koordinasiya Şurasına tövsiyə edilsin ki, Milli Fəaliyyət
Planının yerinə
yetirilməsi ilə əlaqədar görülən
işlərin vəziyyətini
birgə təhlil edib bu barədə
ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə
məlumat versinlər.
4. Koordinasiya Şurasına tövsiyə
edilsin ki, Milli Fəaliyyət Planında nəzərdə
tutulan tədbirlərin
həyata keçirilməsini
əlaqələndirsin və
Milli Fəaliyyət Planından irəli gələn digər zəruri tədbirlər görsün.
5. Azərbaycan
Respublikasının Nazirlər
Kabineti bu Sərəncamdan irəli gələn məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
28 fevral 2023-cü il
Azərbaycan.- 2023.- 1 mart.- S.2.