S.İ.Bəktaşinin Naxçıvan Muxtar
Respublikası Ali Məhkəməsinin sədri
təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Səadət İnayət qızı Bəktaşi Naxçıvan
Muxtar Respublikası
Ali Məhkəməsinin sədri
təyin edilsin.
2. Bu Sərəncam
imzalandığı gündən
qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
28 fevral 2023-cü il
Azərbaycan.- 2023.- 1 mart.- S.2.