Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr
üzrə işçi qrupları
arasında görüş olub
Fevralın 28-də Azərbaycan Milli Məclisinin və Ukrayna Ali Radasının parlamentlərarası əlaqələr üzrə işçi qrupları arasında görüş keçirilib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Milli Məclisin Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev Ukrayna parlament nümayəndə heyətini Azərbaycan parlamentində salamlamaqdan məmnunluğunu ifadə edib. O, iki ölkə arasındakı dostluq münasibətləri, Azərbaycan və Ukrayna xalqlarını birləşdirən dəyərlər, parlament diplomatiyasının yaratdığı imkanlar, beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlıq, parlamentlərarası münasibətlərin genişləndirilməsində dostluq qruplarının rolu, qarşılıqlı səfərlərin əhəmiyyəti, regional təhlükəsizlik və digər məsələlər barədə fikirlərini bölüşüb.
Ukrayna
Ali Radasının Azərbaycanla parlamentlərarası
dostluq qrupunun rəhbəri
Vladimir Kreydenko isə
öz növbəsində ölkəmizə
səfərindən məmnunluğunu bildirib.
O, iki ölkə arasında müxtəlif
sahələrdə əlaqələrin genişləndirilməsinin
perspektivləri barədə danışıb, Azərbaycanın
Ukraynaya göstərdiyi humanitar
və mənəvi dəstəyə görə təşəkkürünü
ifadə edib.
Azərbaycan.- 2023.-1 mart.- S.3.