Münasibətlərin inkişafı
hər iki dövlətin maraqlarına
uyğundur
Fevralın 28-də Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin
sədri Adil Əliyev ölkəmizdə
səfərdə olan
Meksika parlamentinin Meksika-Azərbaycan parlamentlərarası
dostluq qrupunun sədri Alberto Viyya Viyyeqasın rəhbərlik
etdiyi parlament nümayəndə heyəti
ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən
bildirilib ki, meksikalı parlamentariləri
Azərbaycan parlamentində
görməkdən məmnunluğunu
bildirən Adil Əliyev onlara Milli Məclisinin sədri Sahibə Qafarovanın salamlarını
və xoş diləklərini çatdırıb. Görüşdə iqtisadi, ticari, parlamentlərarası və
digər sahələrdə
münasibətlərimizin genişləndirilməsi,
ikitərəfli əməkdaşlığın
inkişafı ilə
bağlı fikirlərini
bölüşən Milli
Məclis sədrinin müavini beynəlxalq parlament təşkilatlarında
hər iki ölkənin bir-birinin mövqeyini dəstəkləməsinin
əhəmiyyətini qeyd
edib. O, əminliklə
bildirib ki, ölkələrimiz arasındakı
qarşılıqlı münasibətlər
bundan sonra da həm ikitərəfli
formatda, eləcə də beynəlxalq müstəvidə uğurla
davam edəcək.
Birinci Qarabağ
müharibəsi dövründə
Azərbaycan torpaqlarının
Ermənistan tərəfindən
işğalının acı
nəticələrinə toxunan
Adil Əliyev işğal zamanı erməni tərəfinin həyata keçirdiyi etnik təmizləmə siyasətinin ən faciəli səhifələrindən
biri olan Xocalı soyqırımının
Meksika Senatı tərəfindən tanınmasını
minnətdarlıqla xatırlayıb
və ədalətli mövqeyə görə Meksika xalqına təşəkkür edib.
Qırx dörd
günlük Vətən
müharibəsindən söz
açan sədr müavini Azərbaycanın
BMT Təhlükəsizlik Şurasının
məsələ ilə
bağlı qəbul edilmiş 4 məlum qətnaməsinin icrasını
öz gücünə
təmin edərək
torpaqlarını Ermənistanın
işğalından azad
etməsindən, 2020-ci il
10 noyabr tarixli üçtərəfli Bəyanata
qol çəkməsindən
danışıb. O, qonaqlara
Ermənistanın üzərinə
götürdüyü öhdəlikləri
tam icra etməməsi,
Azərbaycan ərazilərində
ekoloji terror həyata keçirməsi, bu səbəbdən də ictimaiyyət nümayəndələrinin
hazırda Laçın-Xankəndi
yolunda etiraz aksiyası keçirməsi
barədə məlumat
verib.
Adil Əliyev Azərbaycanın
regionda davamlı sülhün və əməkdaşlığın bərqərar olması istiqamətində ardıcıl
addımlar atdığını,
lakin Ermənistanın
destruktiv mövqe nümayiş etdirdiyini deyib. O, beynəlxalq ictimaiyyətin
Ermənistana bu istiqamətdə təsir göstərməsinin vacibliyini
vurğulayıb.
Meksika-Azərbaycan parlamentlərarası dostluq
qrupunun rəhbəri
Alberto Viyya Viyyeqas səmimi görüşə
görə təşəkkür
edərək, ölkələrimiz
arasında münasibətlərin
inkişafının hər
iki dövlətin maraqlarına uyğun olduğunu bildirib. O, Meksikanın
hər zaman Azərbaycanın yanında
olmasını qeyd edərək, ölkəmizin
sülh müqaviləsi
danışıqları ilə
bağlı atdığı
addımların beynəlxalq
ictimaiyyət tərəfindən
dəstəklənməsinin vacibliyini bildirib.
Sonra çıxış
edən Meksika nümayəndə heyətinin
üzvləri Xavyer Kasike Zarate, Elva Aqustina Vigil Ernandez və Navor Alberto Rohas Mansera ölkələrimizin
qarşılıqlı əməkdaşlıq
imkanlarından danışıblar,
əlaqələrin genişləndirilməsində
qarşılıqlı səfərlərin,
görüşlərin və
təcrübə mübadiləsinin
vacibliyini vurğulayıblar.
Görüşdə Milli Məclisin Meksika ilə parlamentlərarası
əlaqələr üzrə
işçi qrupunun rəhbəri Jalə Əliyeva, hər iki ölkənin səfirləri Məmməd
Talıbov, Mariya Viktoriya Romero Kabalyero və digər rəsmi şəxslər
iştirak ediblər.
Azərbaycan.- 2023.-1 mart.- S.3.