Ceyhun Bayramov Səudiyyə Ərəbistanının
xarici işlər nazirinin
müavini ilə görüşüb
Fevralın 28-də xarici
işlər naziri Ceyhun Bayramov Bakıda keçiriləcək
Qoşulmama Hərəkatının
COVID-19-a qarşı mübarizə
üzrə Təmas Qrupunun Zirvə Görüşündə iştirak
etmək üçün
ölkəmizdə səfərdə
olan Səudiyyə Ərəbistanının xarici
işlər nazirinin müavini Valid bin Abdulkərim Əl-Xureyci ilə görüşüb.
Xarici İşlər Nazirliyinin
Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər
ki, görüşdə
ölkələrimiz arasında
tarixi və dini cəhətdən bir çox ortaq cəhətlərin olduğu vurğulanaraq, Azərbaycanın bu əlaqələrin inkişafına
və müxtəlif sahələrdə əməkdaşlığın
genişləndirilməsinə xüsusi önəm verdiyi diqqətə çatdırılıb.
Diplomatik əlaqələrin
qurulmasından ötən
30 il müddətdə
iki ölkə arasında münasibətlərin
müsbət dinamika ilə inkişaf etdiyi qeyd olunaraq,
bu gün ölkələrimiz arasında
siyasi dialoqun yüksək səviyyədə
olmasından məmnunluq
ifadə edilib. Bu xüsusda, ali
və yüksək səviyyəli təmasların,
o cümlədən qarşılıqlı
səfərlərin əhəmiyyətindən
bəhs edilərək,
belə təmasların
münasibətlərin keyfiyyətcə
yeni mərhələyə
qədəm qoymasına
zəmin yaratdığı
bildirilib.
Söhbət zamanı iki ölkə arasında ikitərəfli tərəfdaşlıqla
yanaşı, regional və
beynəlxalq formatlarda
faydalı əməkdaşlığın
mövcudluğunu vurğulayan
Ceyhun Bayramov beynəlxalq təşkilatlar
çərçivəsində qarşılıqlı dəstəyin
davam etdirilməsinin vacibliyini vurğulayıb. Bu xüsusda, Səudiyyə Ərəbistanının, xüsusilə
də BMT və
İƏT çərçivəsində
ölkəmizin ərazi
bütövlüyünə və suverenliyinə dəstəyi yüksək
qiymətləndirilib.
Nazir iki ölkə arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri
kimi enerji, kənd təsərrüfatı,
turizm, alternativ enerji sahələrində
mövcud əməkdaşlıq
imkanlarından bəhs
edib, həmin sahələrdə birgə
uğurlu layihələrin
həyata keçirildiyini,
bu işlərin genişləndirilməsi üçün
perspektivlərin olduğunu
vurğulayıb.
Görüşdə, həmçinin Azərbaycanın
Ermənistanla sülh
prosesi istiqamətində
atdığı addımlar
və təşəbbüslər,
işğaldan azad olunmuş ərazilərimizdə
bərpa-quruculuq işləri,
həyata keçirilən
irimiqyaslı layihələr
barədə qarşı
tərəfə məlumat
verilib.
Nazir Ceyhun Bayramov ölkəmizin Qoşulmama
Hərəkatına uğurlu
sədrliyindən bəhs
edərək, COVID-19-a qarşı
mübarizə üzrə
Təmas Qrupunun Zirvə Görüşünün
əhəmiyyətini vurğulayıb.
Görüşdə ikitərəfli və
regional əməkdaşlıq gündəliyində duran
digər məsələlər
ətrafında da fikir mübadiləsi aparılıb.
Azərbaycan.- 2023.- 1 mart.- S.5.