Azərbaycan Respublikası vətəndaşlarının
2023-cü il aprelin 1-dən
30-dək müddətli həqiqi hərbi xidmətə
çağırılması və müddətli həqiqi hərbi
xidmət hərbi qulluqçularının ehtiyata
buraxılması haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini
rəhbər tutaraq,
"Hərbi vəzifə
və hərbi xidmət haqqında" Azərbaycan Respublikası
Qanununun 12.3-cü və
40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının
Silahlı Qüvvələrini
şəxsi heyətlə
komplektləşdirmək məqsədilə
qərara alıram:
1. 2005-ci ildə doğulmuş və çağırış gününədək
(həmin gün də daxil olmaqla)
18 yaşı tamam olmuş, habelə
1988-2004-cü illərdə doğulmuş, yaşı
35-dək olan, Azərbaycan
Respublikasının Silahlı
Qüvvələrində müddətli
həqiqi hərbi xidmət keçməmiş,
müddətli həqiqi
hərbi xidmətə
çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan
azad edilməmiş Azərbaycan Respublikası
vətəndaşları 2023-cü il aprelin 1-dən 30-dək
müddətli həqiqi
hərbi xidmətə
çağırılsınlar.
2. "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan
Respublikası Qanununun
38.1.1-ci maddəsində nəzərdə
tutulmuş xidmət müddətini keçmiş
müddətli həqiqi
hərbi xidmət hərbi qulluqçuları
2023-cü il aprelin 1-dən 30-dək ehtiyata
buraxılsınlar.
3. Azərbaycan
Respublikasının Nazirlər
Kabineti bu Sərəncamın icrası
üçün qanunvericilikdə
nəzərdə tutulmuş
tədbirləri görsün.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
1 mart 2023-cü
il
Azərbaycan.- 2023.- 2 mart.- S.3.