İşğaldan azad edilmiş ərazilərdə şəhərsalma
fəaliyyəti sahəsində idarəetmə ilə
bağlı bəzi məsələlər haqqında Azərbaycan
Respublikası Prezidentinin 2021-ci il 18 mart tarixli
1304 nömrəli Fərmanında dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
"İşğaldan
azad edilmiş ərazilərdə şəhərsalma
fəaliyyəti sahəsində
idarəetmə ilə
bağlı bəzi məsələlər haqqında"
Azərbaycan Respublikası
Prezidentinin 2021-ci il 18 mart tarixli
1304 nömrəli Fərmanında
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2021, № 3, maddə 228) aşağıdakı
dəyişikliklər edilsin:
1. 1.1-ci bəndə
"tikinti" sözündən
sonra ", yer təkinin geoloji öyrənilməsi və
faydalı qazıntı
yataqlarının istismarı,
habelə faydalı qazıntıların çıxarılması
ilə əlaqəli olmayan yeraltı qurğuların tikilməsi
və istismarı"
sözləri əlavə
edilsin.
2. 1.3-cü bəndə
"tikinti" sözündən
sonra "və faydalı qazıntı yataqlarının istismarı"
sözləri əlavə
edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
1 mart 2023-cü il
Azərbaycan.- 2023.- 2 mart.- S.3.