Azərbaycan-Səudiyyə Ərəbistanı iqtisadi əməkdaşlığının prioritet istiqamətləri müzakirə olunub
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda keçiriləcək
Qoşulmama Hərəkatının
COVID-19-a qarşı mübarizə
üzrə Təmas Qrupunun Zirvə Görüşü çərçivəsində
ölkəmizdə səfərdə
olan Səudiyyə Ərəbistanı xarici işlər nazirinin müavini Valid bin Abdulkərim Əl-Xureyci ilə görüşüb.
Xarici İşlər Nazirliyinin
Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər
ki, görüşdə
ölkələrimiz arasında
tarixi və dini cəhətdən bir çox ortaq cəhətlərin olduğu vurğulanaraq Azərbaycanın bu əlaqələrin inkişafına
və müxtəlif sahələrdə əməkdaşlığın
genişləndirilməsinə xüsusi önəm verdiyi diqqətə çatdırılıb.
Diplomatik əlaqələrin
qurulmasından ötən
30 il müddətdə
iki ölkə arasında münasibətlərin
müsbət dinamika ilə inkişaf etdiyi qeyd edilərək
bu gün ölkələrimiz arasında
siyasi dialoqun yüksək səviyyədə
olmasından məmnunluq
ifadə olunub. Bu xüsusda, ali
və yüksək səviyyəli təmasların,
o cümlədən qarşılıqlı
səfərlərin əhəmiyyətindən
bəhs edilərək
bu kimi təmasların
münasibətlərin keyfiyyətcə
yeni mərhələyə
qədəm qoymasına
zəmin yaratdığı
bildirilib.
Görüşdə iki ölkə arasında ikitərəfli
tərəfdaşlıqla yanaşı,
regional və beynəlxalq
formatlarda faydalı əməkdaşlığın mövcud olduğunu vurğulayan nazir Ceyhun Bayramov beynəlxalq təşkilatlar
çərçivəsində qarşılıqlı dəstəyin
davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb. Bu xüsusda,
Səudiyyə Ərəbistanının,
xüsusilə də
BMT və İƏT çərçivəsində
ölkəmizin ərazi
bütövlüyünə və suverenliyinə dəstəyi yüksək
qiymətləndirilib.
Nazir Ceyhun Bayramov iki ölkə arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri
kimi enerji, kənd təsərrüfatı,
turizm, alternativ enerji sahələrində
mövcud əməkdaşlıq
imkanlarından bəhs
edib, qeyd olunan sahələr üzrə birgə uğurlu layihələrin
həyata keçirildiyini,
bu işlərin genişləndirilməsi üçün
geniş perspektivlərin
olduğunu vurğulayıb.
Görüşdə, həmçinin Azərbaycanın
Ermənistanla sülh
prosesi istiqamətində
atdığı addımlar
və təşəbbüslər,
işğaldan azad olunmuş ərazilərimizdə
bərpa-quruculuq işləri,
həyata keçirilən
irimiqyaslı layihələr
barədə qarşı
tərəf məlumatlandırılıb.
Nazir Ceyhun Bayramov ölkəmizin Qoşulmama
Hərəkatına uğurlu
sədrliyindən bəhs
edərək COVID-19 üzrə
Qoşulmama Hərəkatının
Əlaqə Qrupu Zirvə Görüşünün
əhəmiyyətini vurğulayıb.
Görüşdə tərəflər, həmçinin
ikitərəfli və
regional əməkdaşlıq gündəliyində duran
digər məsələlər
ətrafında fikir mübadiləsi aparıb.
Azərbaycan.-
2023.- 2 mart.- S.5.