Yunanıstan Respublikasının
Prezidenti Zati-aliləri
xanım Katerina Sakellaropuluya
Hörmətli xanım
Prezident,
Larisa şəhəri
yaxınlığında sərnişin
qatarı ilə yük qatarının toqquşması
nəticəsində çox
sayda insanın həlak olması və xəsarət alması barədə xəbər bizi son dərəcə kədərləndirdi.
Bu ağır
faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və
yaxınlarına, bütün
Yunanıstan xalqına
öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir,
yaralananların tezliklə
sağalmasını arzulayıram.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
3 mart 2023-cü il
Azərbaycan.- 2023.- 4 mart.- S.1.