Azərbaycan Respublikası Prezidentinin Valideyn himayəsindən
məhrum olmuş uşaqlar
və övladlığagötürmə altsisteminə inteqrasiya olunacaq dövlət
orqanlarının (qurumlarının) və digər aidiyyəti
qurumların informasiya sistemlərinin və
ehtiyatlarının Siyahısının təsdiq edilməsi
haqqında 2020-ci il 8 dekabr
tarixli 1206 nömrəli, Azərbaycan Respublikası
Təhsil Nazirliyinin tabeliyində Təhsil
Tələbə Krediti Fondunun
yaradılması və fəaliyyətinin təmin edilməsi
ilə bağlı bir sıra tədbirlər
haqqında 2021-ci il 17 iyun
tarixli 1367 nömrəli, Azərbaycan
Respublikası Təhsil Nazirliyinin tabeliyində
Təhsilin İnkişafı Fondunun yaradılması haqqında 2021-ci il 14 iyul tarixli 1399 nömrəli
və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Gürcüstanın Təhsil və
Elm Nazirliyi arasında
təhsil sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə
2022-ci il 23 iyun tarixli 1719 nömrəli fərmanlarında
dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq,
"Azərbaycan Respublikasında
elm və təhsil sahəsində idarəetmənin
təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan
Respublikası Prezidentinin
2022-ci il 28 iyul tarixli 1769 nömrəli Fərmanının icrasını
təmin etmək məqsədilə qərara
alıram:
1. Azərbaycan Respublikası Prezidentinin
2020-ci il 8 dekabr tarixli 1206 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2020, ¹ 12 (I kitab),
maddə 1468) ilə təsdiq edilmiş "Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə" altsisteminə inteqrasiya olunacaq dövlət orqanlarının (qurumlarının)
və digər aidiyyəti qurumların informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı"nın "İnformasiya
sisteminin və ehtiyatının adı"
sütununda "Təhsil"
sözü "Elm və
Təhsil" sözləri
ilə əvəz edilsin.
2. "Azərbaycan
Respublikası Təhsil
Nazirliyinin tabeliyində
Təhsil Tələbə
Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin
edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan
Respublikası Prezidentinin
2021-ci il 17 iyun tarixli 1367 nömrəli Fərmanında
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2021, ¹ 6 (I kitab), maddə
582) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 4.2-ci bənddə
"Təhsil" sözü
"Elm və Təhsil"
sözləri ilə əvəz edilsin;
2.2. həmin Fərmanla təsdiq edilmiş "Təhsil Tələbə Krediti Fondunun Nizamnaməsi"nin
1.2-ci bəndində və
3.4-cü bəndində (birinci
halda) "Təhsil"
sözü "Elm və
Təhsil" sözləri
ilə, 3.7-ci, 3.9-cu, 3.19-cu bəndlərində
və 3.23.7-ci yarımbəndində
"təhsil" sözü
"elm və təhsil"
sözləri ilə əvəz edilsin.
3. "Azərbaycan
Respublikası Təhsil
Nazirliyinin tabeliyində
Təhsilin İnkişafı
Fondunun yaradılması
haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2021-ci il 14 iyul tarixli 1399 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2021, ¹ 7, maddə 733) 2.2.1-ci yarımbəndində və
3.2-ci bəndində "Təhsil"
sözü "Elm və
Təhsil" sözləri
ilə əvəz edilsin.
4. "Azərbaycan
Respublikasının Təhsil
Nazirliyi ilə Gürcüstanın Təhsil
və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq
haqqında Saziş"in
təsdiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 2022-ci il 23 iyun tarixli 1719 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2022, ¹ 6, maddə 603) 2-ci hissəsində
"Təhsil" sözü
"Elm və Təhsil"
sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
3 mart 2023-cü il
Azərbaycan. - 2023.- 4 mart.- S.2.