Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Təhsil
Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi
və Azərbaycan Respublikasında bir
sıra dövlət orqanlarının strukturunun
optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi
ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan
Respublikası Prezidentinin 2019-cu il 17 yanvar tarixli 479 nömrəli Fərmanında dəyişiklik
edilməsi barədə 2019-cu il 29 dekabr tarixli 907 nömrəli,
Qeyri-formal məşğulluğa nəzarət
vahid elektron informasiya ehtiyatına inteqrasiyası tələb
olunan informasiya sistemlərinin
və ehtiyatlarının Siyahısının təsdiq edilməsi
haqqında 2020-ci il 25 fevral tarixli
940 nömrəli, Valideyn himayəsindən
məhrum olmuş uşaqların
övladlığa götürülməsi, o
cümlədən Azərbaycan Respublikasının vətəndaşı
olan uşaqların əcnəbilər və
vətəndaşlığı olmayan
şəxslər tərəfindən övladlığa götürülməsi Qaydasının təsdiq edilməsi
haqqında 2020-ci il 27 fevral
tarixli 946 nömrəli, Azərbaycan
Respublikasının Təhsil Nazirliyi ilə
Çin Xalq
Respublikasının Təhsil Nazirliyi
arasında təhsil sahəsində əməkdaşlıq
haqqında Sazişin təsdiq edilməsi
barədə 2020-ci il 12 iyun tarixli
1055 nömrəli və Dövlət büdcəsindən
ayrılmış vəsait hesabına işlərin və
xidmətlərin göstərilməsinə görə əlavə
dəyər vergisindən azad olunan publik hüquqi
şəxslərin siyahısının təsdiq edilməsi
haqqında 2020-ci il 30 iyul tarixli 1119 nömrəli
fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 iyul tarixli 1769 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:
1. "Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi və "Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 17 yanvar tarixli 479 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, ¹ 12, maddə 1950; 2020, ¹ 12 (I kitab), maddə 1469; 2021, ¹ 2, maddə 126) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 3.2-ci bənddə "Təhsil" sözü "Elm və Təhsil" sözləri ilə əvəz edilsin;
1.2. həmin Fərmanla təsdiq edilmiş "Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi"nin 1.2-ci bəndində və 4.2-ci bəndinin ikinci cümləsində "Təhsil" sözü müvafiq olaraq "Elm və Təhsil" və "elm və təhsil" sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 25 fevral tarixli 940 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, ¹ 2, maddə 98) ilə təsdiq edilmiş "Qeyri-formal məşğulluğa nəzarət" vahid elektron informasiya ehtiyatına inteqrasiyası tələb olunan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı"nın 7-ci hissəsində "Təhsil" sözü "Elm və Təhsil" sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, ¹ 2, maddə 104, ¹ 12 (I kitab), maddə 1467; 2021, ¹ 4, maddə 315) ilə təsdiq edilmiş "Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası"nın 2.1.5-ci yarımbəndində "Təhsil" sözü "Elm və Təhsil" sözləri ilə əvəz edilsin.
4. "Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 iyun tarixli 1055 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, ¹ 6, maddə 697) 2-ci hissəsində "Təhsil" sözü "Elm və Təhsil" sözləri ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyul tarixli 1119 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, ¹ 7, maddə 899; 2021, ¹ 5, maddə 443, ¹ 6 (I kitab), maddə 584, ¹ 9, maddə 984; 2022, ¹ 1, maddə 21, ¹ 3, maddə 224, ¹ 5, maddə 468, ¹ 8, maddə 882) ilə təsdiq edilmiş "Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin Siyahısı"nın 29-cu hissəsində "Təhsil" sözü "Elm və Təhsil" sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 mart
2023-cü il
Azərbaycan. - 2023.- 4 mart.- S.2.