Azərbaycan Respublikası Prezidentinin “Ali təhsil
müəssisələrində və magistratura
səviyyəsi üzrə Azərbaycan Milli
Elmlər Akademiyasında yeni maliyyələşmə
mexanizminin tətbiq edilməsi barədə”
2010-cu il 10 fevral tarixli 220 nömrəli, “Tələbə-məzun”
dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi
və Azərbaycan Respublikası Prezidentinin
2005-ci il 6 aprel tarixli 219 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Azərbaycan
Respublikasının Tələbə Qəbulu üzrə
Dövlət Komissiyası haqqında Əsasnamə”də dəyişiklik
edilməsi haqqında” 2010-cu il 23 fevral tarixli 225 nömrəli,
“Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi
haqqında Əsasnamənin təsdiq edilməsi barədə”
2010-cu il 4 iyun tarixli 276 nömrəli, “Torpaqların dövlət
ehtiyacları üçün
alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar əlavə
tədbirlər barədə” 2011-ci il
15 fevral tarixli
382 nömrəli, “İnsanın
immunçatışmazlığı virusunun
törətdiyi xəstəliklə mübarizə haqqında”
Azərbaycan Respublikası Qanununun tətbiqi
ilə bağlı əlavə tədbirlər barədə”
2011-ci il 20 aprel tarixli 414 nömrəli və “Hərbi vəzifə
və hərbi xidmət haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiqi və “Azərbaycan
Respublikasının Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidməti
haqqında Əsasnamə”nin təsdiqi barədə” 2012-ci il 13 fevral tarixli
593 nömrəli fərmanlarında dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, “Azərbaycan Respublikasında
elm və təhsil sahəsində idarəetmənin
təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin
2022-ci il 28 iyul tarixli 1769 nömrəli Fərmanının icrasını
təmin etmək məqsədilə qərara
alıram:
1. “Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli 220 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 2, maddə 84; 2014, ¹ 5, maddə 477, ¹ 12, maddə 1564; 2015, ¹ 5, maddə 527; 2016, ¹ 8, maddə 1384; 2017, ¹ 5, maddələr 785, 801, 831; 2019, ¹ 3, maddə 406; 2020, ¹ 4, maddə 413) 4.2-ci bəndində “Təhsil” sözü “Elm və Təhsil” sözləri ilə əvəz edilsin.
2. “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi və Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 23 fevral tarixli 225 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 2, maddə 89, ¹ 7, maddə 621; 2014, ¹ 5, maddə 477, ¹ 9, maddə 1027; 2015, ¹ 4, maddə 373, ¹ 6, maddə 704, ¹ 7, maddə 836; 2016, ¹ 8, maddə 1384; 2017, ¹ 5, maddə 805, ¹ 8, maddə 1521, ¹ 12 (I kitab), maddə 2306; 2020, ¹ 10, maddə 1249; 2022, ¹ 5, maddə 470) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 4-cü hissədə “Təhsil” sözü “Elm və Təhsil” sözləri ilə əvəz edilsin;
2.2. həmin Fərmanla təsdiq edilmiş “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”nin 6.8-ci bəndində “Təhsil” sözü “Elm və Təhsil” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 6, maddə 491; 2011, ¹ 11, maddə 995; 2013, ¹ 9, maddə 1048; 2014, ¹ 9, maddə 1060, ¹ 10, maddə 1177; 2015, ¹ 2, maddə 117; 2016, ¹ 5, maddə 867, ¹ 11, maddə 1798; 2017, ¹ 5, maddələr 777, 818; 2018, ¹ 12 (I kitab), maddə 2586; 2019, ¹ 6, maddə 1029; 2020, ¹ 8, maddə 1024; 2021, ¹ 2, maddə 130, ¹ 6 (I kitab), maddə 567; 2022, ¹ 7, maddə 749, ¹ 8, maddə 844) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”nin 11.4-cü bəndində “Təhsil” sözü “Elm və Təhsil” sözləri ilə əvəz edilsin.
4. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 382 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 2, maddə 86; 2016, ¹ 2 (II kitab), maddə 245; 2021, ¹ 1, maddə 38, ¹ 6 (I kitab), maddə 571; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 dekabr tarixli 1931 nömrəli Fərmanı) 1.10-cu bəndində “Təhsil” sözü “Elm və Təhsil” sözləri ilə əvəz edilsin.
5. “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 aprel tarixli 414 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 4, maddə 283; 2021, ¹ 6 (I kitab), maddə 571) 1.4-cü bəndində “Təhsil” sözü “Elm və Təhsil” sözləri ilə əvəz edilsin.
6. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 2, maddə 82; 2015, ¹ 2, maddə 138, ¹ 7, maddə 831, ¹ 11, maddə 1320; 2016, ¹ 6, maddə 1034, ¹ 10, maddə 1612; 2017, ¹ 12 (I kitab), maddələr 2282, 2294; 2018, ¹ 11, maddə 2258; 2019, ¹ 5, maddə 847; 2020, ¹ 7, maddə 878, ¹ 11, maddə 1349; 2021, ¹ 1, maddə 36; 2022, ¹ 4, maddələr 314, 324, ¹ 8, maddə 871; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 yanvar tarixli 1996 nömrəli Fərmanı) 5.9-cu bəndində “Təhsil” sözü “Elm və Təhsil” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
3 mart 2023-cü il
Azərbaycan.- 2023.- 4 mart.- S.5.