Azərbaycan Respublikası Prezidentinin Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə 2005-ci il 28 dekabr tarixli 344 nömrəli, Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığı üzrə Komissiyanın tərkibinə dair bəzi məsələlər haqqında 2007-ci il 21 iyun tarixli 590 nömrəli, Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 2007-ci il 21 iyun tarixli 596 nömrəli, Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 2007-ci il 3 iyul tarixli 606 nömrəli, Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında 2007-ci il 19 dekabr tarixli 684 nömrəli, Avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 2008-ci il 4 iyul tarixli 792 nömrəli, Dini etiqad azadlığı haqqında Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında 2009-cu il 29 may tarixli 97 nömrəli və Bədən tərbiyəsi və idman haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 2009-cu il 27 avqust tarixli 147 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. "Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 dekabr tarixli 344 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 12, maddə 1113; 2006, ¹ 9, maddə 743; 2021, ¹ 1, maddə 42) 1.2-ci bəndində "Təhsil" sözü "Elm və Təhsil" sözləri ilə əvəz edilsin.

2. "Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığı üzrə Komissiyanın tərkibinə dair bəzi məsələlər haqqında" Azərbaycan Respublikası Prezidentinin  2007-ci il 21 iyun tarixli 590 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 6, maddə 603; 2010, ¹ 2, maddə 91; 2014, ¹ 5, maddə 477, ¹ 9, maddə 1027; 2016, ¹ 8, maddə 1384; 2017, ¹ 1, maddə 51, ¹ 8, maddə 1521; 2018, ¹ 9, maddə 1840; 2022, ¹ 5, maddə 469) 1-ci hissəsində "təhsil" sözü "elm və təhsil" sözləri ilə əvəz edilsin.

3. "Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 21 iyun tarixli 596 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 6, maddə 609; 2017, ¹ 3, maddə 353; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 yanvar tarixli 1979 nömrəli Fərmanı) 2.4-cü bəndi aşağıdakı redaksiyada verilsin:

"2.4. həmin Qanunun 9.2-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini birinci halda Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, ikinci halda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir.".

4. "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 3 iyul tarixli 606 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 7, maddə 713; 2019, ¹ 7, maddə 1219; 2021, ¹ 6 (I kitab), maddə 571) 2.2-ci və 2.5-ci bəndlərində "Təhsil" sözü "Elm və Təhsil" sözləri ilə əvəz edilsin.

5. "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 dekabr tarixli 684 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 12, maddə 1234; 2013, ¹ 11, maddə 1326) 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

"2. Müəyyən edilsin ki, "Yaşayış yeriolduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin altıncı hissəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir.".

6. "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 iyul tarixli 792 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹ 7, maddə 610; 2009, ¹ 10, maddə 779; 2016, ¹ 4, maddə 661, ¹ 6, maddə 1064, ¹ 11, maddə 1840; 2017, ¹ 6, maddə 1083; 2018, ¹ 12 (I kitab), maddə 2600; 2019, ¹ 5, maddə 838, ¹ 8, maddə 1408; 2020, ¹ 5, maddə 544; 2021, ¹ 1, maddə 17, ¹ 6 (I kitab), maddə 593) 2.2-3-cü bəndində (hər iki halda) "Təhsil" sözü "Elm və Təhsil" sözləri ilə əvəz edilsin.

7. "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 29 may tarixli 97 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009,  ¹ 5, maddə 329; 2012, ¹ 4, maddə 294; 2013, ¹ 8, maddə 908; 2015, ¹ 9, maddə 987; 2017, ¹ 6, maddə 1097; 2019, ¹ 5, maddə 840; 2021, ¹ 6 (I kitab), maddə 578; 2022, ¹ 3, maddə 216) 2.4-cü və 2.5-ci bəndlərində "Təhsil" sözü "Elm və Təhsil" sözləri ilə əvəz edilsin.

8. "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 147 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 8, maddə 623; 2015, ¹ 8, maddə 909; 2016, ¹ 7, maddə 1254, ¹ 10, maddə 1645; 2017, ¹ 12 (I kitab), maddə 2296; 2018, ¹ 6, maddə 1224, ¹ 7 (I kitab), maddə 1464; 2021, ¹ 6 (I kitab), maddə 571, ¹ 12, maddə 1426; 2022, ¹ 8,  maddə 861) 2.4-cü,  2.5-ci, 2.12-ci və 2.14-cü bəndlərində "Təhsil" sözü "Elm və Təhsil" sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 mart 2023-cü il

 

Azərbaycan. - 2023.- 4 mart.- S.5.