Azərbaycan Respublikası Prezidentinin Aqrar sahədə
idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi
ilə bağlı tədbirlər haqqında 2014-cü il 16 aprel tarixli
152 nömrəli, Mədəniyyət haqqında Azərbaycan
Respublikası Qanununun tətbiqi ilə
bağlı əlavə tədbirlər və Mədəniyyət
haqqında Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 16 aprel tarixli 698 nömrəli
Fərmanının ləğvi haqqında 2014-cü il 14 may tarixli
162 nömrəli, ADA Universitetinin Nizamnaməsinin
təsdiq edilməsi haqqında 2014-cü il
8 iyul tarixli 211 nömrəli, Azərbaycan Respublikasının Təhsil
Nazirliyi ilə Monteneqronun
Təhsil Nazirliyi arasında təhsil sahəsində
əməkdaşlıq haqqında Sazişin
təsdiq edilməsi barədə 2014-cü il
17 noyabr tarixli 359
nömrəli, Bakı Xoreoqrafiya
Akademiyasının Nizamnaməsinin təsdiq edilməsi
haqqında 2014-cü il
26 dekabr tarixli 432
nömrəli, Azərbaycan Respublikasının Heydər
Əliyev Mükafatı Komissiyasının yeni
tərkibinin müəyyən edilməsi haqqında 2015-ci il 8 aprel tarixli
499 nömrəli, Azərbaycan Ordusunun Təlim
və Tədris Mərkəzinin Nizamnaməsinin təsdiq edilməsi
haqqında 2015-ci il 13 avqust tarixli 583 nömrəli,
Azərbaycan Respublikasının dövlət büdcəsindən
maliyyələşdirilən, fəaliyyət sahələrinə
uyğun olaraq Azərbaycan
Respublikasının hüquqi və fiziki şəxslərinə qrant
verə bilən qurumların siyahısının təsdiq
edilməsi haqqında 2015-ci il 21 oktyabr tarixli
654 nömrəli və Publik hüquqi şəxslər haqqında Azərbaycan
Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli
Qanununun tətbiqi barədə 2016-cı il 3 fevral tarixli
759 nömrəli fərmanlarında dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 iyul tarixli 1769 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:
1. "Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 aprel tarixli 152 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, ¹ 4, maddə 368; 2016, ¹ 2 (II kitab), maddə 251, ¹ 8, maddə 1384; 2021, ¹ 1, maddə 30; 2022, ¹ 8, maddə 850) 2.11-ci bəndində "Təhsil" sözü "Elm və Təhsil" sözləri ilə əvəz edilsin.
2. "Mədəniyyət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər və "Mədəniyyət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 16 aprel tarixli 698 nömrəli Fərmanının ləğvi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 may tarixli 162 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, ¹ 5, maddə 475; 2016, ¹ 8, maddə 1384; 2018, ¹ 4, maddə 655, ¹ 6, maddə 1213; 2019, ¹ 5, maddə 821) 1.7-ci bəndində "Təhsil" sözü "Elm və Təhsil" sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 iyul tarixli 211 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, ¹ 7, maddə 793; 2017, ¹ 5, maddələr 788, 802, ¹ 7, maddə 1364; 2019, ¹ 2, maddə 221, ¹ 3, maddə 402, ¹ 7, maddə 1230; 2020, ¹ 2, maddə 103; 2021, ¹ 2, maddə 123) ilə təsdiq edilmiş "ADA" Universitetinin Nizamnaməsi"nin 2.6-cı bəndinin üçüncü abzasının ikinci cümləsində "təhsil" sözü "elm və təhsil" sözləri ilə əvəz edilsin.
4. "Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Monteneqronun Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 noyabr tarixli 359 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, ¹ 11, maddə 1399) 2-ci hissəsində "Təhsil" sözü "Elm və Təhsil" sözləri ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 26 dekabr tarixli 432 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, ¹ 12, maddə 1585; 2016, ¹ 7, maddə 1250, ¹ 11, maddə 1803; 2017, ¹ 5, maddələr 789, 802, ¹ 7, maddə 1366; 2018, ¹ 4, maddə 697; 2019, ¹ 3, maddə 402, ¹ 5, maddə 856, ¹ 7, maddə 1230; 2020, ¹ 2, maddə 103, ¹ 6, maddə 698, ¹ 7, maddə 868; 2021, ¹ 1, maddə 36, ¹ 2, maddə 123) ilə təsdiq edilmiş "Bakı Xoreoqrafiya Akademiyasının Nizamnaməsi"nin 1.3-cü, 4.13-cü bəndlərində, 4.26-cı bəndinin beşinci cümləsində, 6.3-cü bəndinin dördüncü cümləsində, 6.6-cı bəndinin üçüncü cümləsində, 6.21-ci bəndində və 4.9.3-cü yarımbəndinin birinci cümləsində "Təhsil" sözü "Elm və Təhsil" sözləri ilə əvəz edilsin.
6. "Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatı Komissiyasının yeni tərkibinin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 8 aprel tarixli 499 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, ¹ 4, maddə 378; 2017, ¹ 4, maddə 561; 2018, ¹ 5, maddə 959; 2021, ¹ 4, maddə 324; 2022, ¹ 5, maddə 472) 1-ci hissəsində "təhsil" sözü "elm və təhsil" sözləri ilə əvəz edilsin.
7. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 avqust tarixli 583 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, ¹ 8, maddə 912; 2016, ¹ 11, maddə 1803; 2017, ¹ 7, maddə 1368; 2019, ¹ 5, maddə 847; 2020, ¹ 6, maddə 698; 2021, ¹ 2, maddə 125; 2022, ¹ 3, maddə 215) ilə təsdiq edilmiş "Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Nizamnaməsi"nin 1.5-ci, 4.9-cu bəndlərində və 4.13-cü bəndinin birinci cümləsində "Təhsil" sözü "Elm və Təhsil" sözləri ilə əvəz edilsin.
8. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 654 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, ¹ 10, maddə 1126; 2016, ¹ 12, maddə 2068; 2017, ¹ 8, maddə 1521; 2018, ¹ 12 (I kitab), maddələr 2549, 2602; 2022, ¹ 5, maddə 473) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların Siyahısı"nın 5-ci hissəsində "Təhsil" sözü "Elm və Təhsil" sözləri ilə əvəz edilsin.
9. "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 759 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 2, maddə 223; 2017, ¹ 7, maddə 1343; 2018, ¹ 1, maddə 44, ¹ 7 (I kitab), maddə 1458, ¹ 8, maddə 1705; 2019, ¹ 8, maddə 1409; 2022, ¹ 8, maddə 847) 2.7.1-ci və 2.7.2-ci yarımbəndlərinin ikinci abzaslarında "Təhsil" sözü "Elm və Təhsil" sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 mart
2023-cü il
Azərbaycan. - 2023.- 4 mart.- S.6.