Monteneqronun nümayəndə
heyəti Milli Məclisdə olub
Martın 3-də Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin
sədri Adil Əliyev ölkəmizdə
səfərdə olan
Monteneqronun əmək
və sosial rifah naziri Admir
Adroviçin başçılıq
etdiyi nümayəndə
heyəti ilə görüşüb.
AZƏRTAC xəbər
verir ki, Milli Məclisin sədr müavini iki ölkə arasında yüksək səviyyəli siyasi dialoq və dostluq münasibətləri
əsasında əlaqələrin
daim genişlənməkdə
olduğunu vurğulayıb. Adil Əliyev
qonaqlara Azərbaycan parlamenti, ölkədə
bütün sahələrdə,
xüsusilə sosial sahədə aparılan ardıcıl islahatlar, əhalinin sosial təminatının yaxşılaşdırılması,
şəhid ailələrinin
və qazilərin sosial müdafiəsi istiqamətində görülən
davamlı tədbirlər
barədə məlumat
verib.
Adil Əliyev söhbət əsnasında qeyd edib ki, Azərbaycan
Cənubi Qafqazda sülh gündəliyi ilə bağlı üzərinə düşən
öhdəlikləri yerinə
yetirməsinə, sülh
sazişinin imzalanması
istiqamətində lazımi
addımları atsa da, Ermənistan sülh və sabitliyin təmin olunmasına mane olur.
Monteneqronun əmək və sosial rifah naziri
Admir Adroviç Monteneqro ilə Azərbaycan arasında əməkdaşlıq münasibətlərinin
inkişafından məmnunluğunu
ifadə edib. O, parlamentlərarası
əlaqələrinin də
yüksək səviyyədə
olduğunu bildirib. Qeyd edib ki, iki
ölkə rəsmilərinin
qarşılıqlı səfərləri
əlaqələrin daha
da dərinləşməsinə
əlverişli zəmin
yaradır.
Monteneqrolu nazir bildirib ki, Azərbaycanda
bütün sahələrdə
olduğu kimi, sosial sahədə də görülən işlər, aparılan islahatlar dost ölkə kimi onları çox sevindirir.
Nazir ölkələrimiz arasında
energetika sahəsində
də əməkdaşlıq
əlaqələrinin inkişaf
etdirilməsinin vacibliyini
vurğulayıb. Söhbət zamanı, həmçinin
Azərbaycanla Monteneqro
arasında qarşılıqlı
faydalı əməkdaşlığın
inkişaf perspektivləri
müzakirə olunub, fəal təcrübə mübadiləsinin həyata
keçirilməsinin əhəmiyyəti
qeyd edilib.
Görüşdə Milli Məclisin deputatı Soltan Məmmədov, Azərbaycanın əmək
və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, Monteneqronun ölkəmizdəki
səfiri Perisa Kastratoviç və digər rəsmi şəxslər iştirak
ediblər.
Azərbaycan.- 2023.-4 mart.- S.9.