Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət
Agentliyi haqqında Əsasnamənin, Agentliyin strukturunun, hərbi
qulluqçularının və mülki
işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin
siyahısının təsdiq edilməsi barədə Azərbaycan
Respublikası Prezidentinin 2021-ci il 22 dekabr tarixli 1510 nömrəli
Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1."Azərbaycan Respublikasının
Strateji Obyektlərin Mühafizəsi Dövlət
Agentliyi haqqında Əsasnamənin, Agentliyin
strukturunun, hərbi qulluqçularının və
mülki işçilərinin
say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının
təsdiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin
2021-ci il 22 dekabr tarixli 1510 nömrəli Fərmanında (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2021, ¹12, maddə
1375) dəyişikliklər təsdiq edilsin.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 4 mart 2023-cü
il
Azərbaycan. - 2023.- 5 mart.- S.2.