Azərbaycan Respublikası Prezidentinin 2018-2025-ci illərdə Azərbaycan
Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramının təsdiq
edilməsi haqqında 2018-ci il 14 fevral tarixli 3672 nömrəli,
İnformasiya Təhlükəsizliyi
üzrə Koordinasiya Komissiyasının
yaradılması haqqında 2018-ci il 29 mart tarixli 3851 nömrəli, Azərbaycan
Respublikasında yol hərəkətinin təhlükəsizliyinə
dair 2019-2023-cü illər üçün
Dövlət Proqramının təsdiq edilməsi haqqında
2018-ci il 27 dekabr tarixli 852 nömrəli və Narkotik
vasitələrin, psixotrop maddələrin
və onların prekursorlarının qanunsuz
dövriyyəsinə və narkomanlığa
qarşı mübarizəyə dair
2019-2024-cü illər üçün
Dövlət Proqramının təsdiq edilməsi barədə
2019-cu il 22 iyul tarixli 1334 nömrəli sərəncamlarında
dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 iyul tarixli 1769 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 fevral tarixli 3672 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 2, maddə 275; 2019, ¹ 5, maddələr 877, 899, ¹ 8, maddə 1065, ¹ 11, maddə 1377; 2022, ¹ 5, maddə 532, ¹ 8, maddə 912) ilə təsdiq edilmiş "2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı"nın "5. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı" hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1.1. 5.1.1.6-cı, 5.1.1.7-ci və 5.1.3.1-ci yarımbəndlərin "İcraçılar" sütununda "TN" akronimi "ETN" akronimi ilə əvəz edilsin;
1.2. 5.1.2.9-cu yarımbəndin "İcraçılar" sütununda "AMEA" akronimi "ETN" akronimi ilə əvəz edilsin;
1.3. "Akronimlər" hissəsi üzrə:
1.3.1. "TN - Azərbaycan Respublikasının Təhsil Nazirliyi" sözləri "ETN - Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi" sözləri ilə əvəz edilsin;
1.3.2. "AMEA - Azərbaycan Milli Elmlər Akademiyası" sözləri çıxarılsın.
2. "İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 3851 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 3, maddə 571; 2019, ¹ 2, maddə 306, ¹ 6, maddə 1129; 2022, ¹ 5, maddə 532) 1-ci hissəsində "Azərbaycan Milli Elmlər Akademiyasının" sözləri "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin" sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli 852 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 12, maddə 2701; 2021, ¹ 6 (I kitab), maddə 606; 2022, ¹ 5, maddə 532, ¹ 8, maddə 912) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nın "7. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı" hissəsində aşağıdakı dəyişikliklər edilsin:
3.1. 7.1.8.2-ci, 7.4.1.1-7.4.1.6-cı, 7.4.4.2-ci, 7.4.4.3-cü və 7.4.4.6-cı yarımbəndlərin "Digər icraçı qurumlar" sütununda "Təhsil" sözü "Elm və Təhsil" sözləri ilə əvəz edilsin;
3.2. 7.2.12.1-ci və 7.2.12.2-ci yarımbəndlərin "Digər icraçı qurumlar" sütununda "Azərbaycan Milli Elmlər Akademiyası" sözləri "Elm və Təhsil Nazirliyi" sözləri ilə əvəz edilsin;
3.3. 7.4.3.1-ci və 7.4.3.2-ci yarımbəndlərin "Əsas icraçı qurum" sütununda "Təhsil" sözü "Elm və Təhsil" sözləri ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, ¹ 7, maddə 1276; 2020, ¹ 12 (III kitab), maddə 1537) ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"nın "4. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı" hissəsində aşağıdakı dəyişikliklər edilsin:
4.1. 4.1.7-ci, 4.1.11-ci və 4.1.21-ci yarımbəndlərin "İcraçı orqanlar" sütununda "Azərbaycan Milli Elmlər Akademiyası" sözləri "Elm və Təhsil Nazirliyi" sözləri ilə əvəz edilsin;
4.2. 4.3.6-cı yarımbəndin "İcraçı orqanlar" sütununda "Təhsil" sözü "Elm və Təhsil" sözləri ilə əvəz edilsin;
4.3. 4.4.4-cü, 4.4.6-cı, 4.4.12-ci, 4.4.17-ci, 4.4.18-ci, 4.4.25-ci, 4.4.26-cı, 4.4.29-cu, 4.4.34-cü və 4.4.37-ci yarımbəndlərin "İcraçı orqanlar" sütununda "Təhsil" sözü "Elm və Təhsil" sözləri ilə əvəz edilsin;
4.4. 4.4.7-ci yarımbəndin "İcraçı orqanlar" sütununda "Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası" sözləri "Elm və Təhsil Nazirliyi" sözləri ilə əvəz edilsin;
4.5. 4.4.14-cü yarımbəndin "İcraçı orqanlar" sütununa "Kənd Təsərrüfatı Nazirliyi," sözlərindən sonra "Elm və Təhsil Nazirliyi," sözləri əlavə edilsin və həmin yarımbəndin "İcraçı orqanlar" sütunundan "Azərbaycan Milli Elmlər Akademiyası" sözləri çıxarılsın;
4.6. 4.4.15-ci və 4.4.16-cı yarımbəndlərin "İcraçı orqanlar" sütununda "Azərbaycan Milli Elmlər Akademiyası" sözləri "Elm və Təhsil Nazirliyi" sözləri ilə əvəz edilsin;
4.7. 4.4.23-cü yarımbəndin "İcraçı orqanlar" sütununa "Gənclər və İdman Nazirliyi," sözlərindən sonra "Elm və Təhsil Nazirliyi," sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 mart
2023-cü il
Azərbaycan.- 2023.- 5 mart.- S.3.