Hərbi vətənpərvərlik mövzusunda
xəbər hazırlayan media nümayəndələri
ilə görüş keçirilib
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq qərarı ilə təsdiq edilmiş nazirliyin Kommunikasiya Strategiyası çərçivəsində müxtəlif informasiya agentliklərinin hərbi vətənpərvərlik mövzusunda
yazılar hazırlayan
bir qrup media nümayəndəsi ilə
görüş keçirilib.
Müdafiə Nazirliyinin
mətbuat xidmətindən
AZƏRTAC-a bildirilib ki,
Medianın İnkişafı
Agentliyinin dəstəyi
ilə keçirilən
görüşdə jurnalistlərlə
qarşılıqlı əlaqələrin
daha da inkişaf
etdirilməsi, hərbi
mövzuda yazıların
məzmunu və hərbi sirr hesab olunan informasiyanın
yayılmasının qarşısının
alınması ilə
bağlı geniş fikir mübadiləsi aparılıb.
Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin nümayəndələri
tərəfindən jurnalistlərə
hərbi və dövlət sirlərinin qorunması və digər mövzularda brifinqlər təqdim olunub.
Sonda media subyektləri ilə mövcud əməkdaşlığa
və perspektivdə duran məsələlərə
dair təkliflər dinlənilib.
Azərbaycan.- 2023.- 5 mart.- S.2.