Almaniya səfiri:
Gəncədəki dağıntılar müharibənin nə
qədər dəhşətli olduğunu
göstərir
Gəncədəki dağıntılar müharibənin nə qədər dəhşətli olduğunu göstərir.
Bunu
AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində
Almaniyanın ölkəmizdəki səfiri Ralf Horleman Gəncədə
Ermənistanın günahsız mülki insanlara qarşı
raket hücumları ilə törətdiyi cinayət yerini
ziyarət edərkən deyib.
“Mülki
insanlar müharibənin günahsız qurbanlarıdır. Təəssüflər
olsun ki, iki dövlət arasında sülh
hələ də əldə edilməyib. İstərdik ki, regionda sülh
olsun və insanlar təhlükəsiz,
sülh şəraitində
yaşasınlar,” - deyə diplomat bildirib.
Azərbaycan.-2023.- 7 mart.- S.6.