Leyla
Əliyevanın iştirakı ilə növbəti “Bizim həyət”in açılışı
olub
IDEA
İctimai Birliyinin təmirə ehtiyacı olan həyətlərin
abadlaşdırılmasına yönəlmiş "Bizim həyət"
layihəsi çərçivəsində yenilənən
növbəti həyət martın 6-da sakinlərin istifadəsinə
verilib.
AZƏRTAC
xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti,
IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri
Leyla Əliyeva həyətin açılışında və
tədbir çərçivəsində keçirilən
kütləvi ağacəkmə aksiyasında iştirak edib.
Yenilənmiş
həyət Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi,
Yeni Günəşli, “Q” massivi, Süleyman Əhmədov küçəsində
1200 sakinin yaşadığı 21, 22, 23, 24, 25, 26, 27 nömrəli
çoxmərtəbəli binaları əhatə edir.
“Bizim
həyət” layihəsinin əsas məqsədi ölkə ərazisində
həyətlərin ekoloji cəhətdən təmiz və
abad edilməsi, şəhər ekologiyasının sütununu
təşkil edən yaşıllıqların bərpası,
sağlam həyat tərzinin formalaşdırılması,
sakinlər üçün təhlükəsiz və rahat
yaşam şəraitinin yaradılmasıdır.
Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarını səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə ərazidə süni örtüklü minifutbol stadionu, şahmat meydançası, müxtəlif idman qurğuları, uşaq meydançaları salınıb. Eyni zamanda, ərazidə 7 söhbətgah, çoxsaylı oturacaqlar, tullantılar üçün qutular, quş yuvaları və pişik evləri quraşdırılıb.
Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətdə yeni işıqlandırma dirəkləri, müşahidə kameraları quraşdırılıb, binaların fasad və blokları tam təmir olunub, asfalt və dam örtüyü yenilənib, elektrik sistemi yenidən qurulub.
Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, 1300 ədəd müxtəlif cinsli ağaclar əkilib, 3 min kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb. Bununla yanaşı, həyətin ətrafında sıx bitən və havanın çirklənməsini səmərəli şəkildə azalda bilən minlərlə adi daşsarmaşığı və digər sarmaşan bitkilər əkməklə “yaşıl sədlər” yaradılıb.
Sözügedən layihə çərçivəsində
ümumi yaşayış sahələrinin
həyətlərinin abadlaşdırılmasına dair məlumat və tövsiyələrin IDEA İctimai Birliyinə təqdim edilməsi xahiş olunur.
Azərbaycan.-2023.- 7 mart.- S.7.