“Yaşıl Marafon 2023” ağacəkmə kampaniyasına
start verilib
Martın
6-da Heydər Əliyev
Fondunun vitse-prezidenti,
IDEA İctimai Birliyinin
təsisçisi və
rəhbəri Leyla Əliyevanın iştirakı
ilə Bakıda "Ümumrespublika Yaşıllaşdırma
Marafonu"nun ("Yaşıl
Marafon") 2023-cü il
yaz mövsümü üzrə ilk ağacəkmə
aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, ağacəkmə
aksiyası zamanı Bakının Xətai rayonunda yerləşən
"Gənclik" parkında
Yaponiya dövləti tərəfindən Azərbaycana
hədiyyə edilmiş
sakura ağaclarından
ibarət bağ salınıb. Azərbaycan və Yaponiya
arasında dostluq rəmzi olaraq əkilmiş həmin sakura ağaclarının
çiçəklənməsi ölkələrin inkişafı,
onların dostluq və həmrəylik rəmzi olacaq. Eyni zamanda, aksiya zamanı könüllülərin
iştirakı ilə
parkda qurumuş ağacların əvəzinə
Abşeron yarımadasının
torpaq-iqlim şəraitinə
uyğun yeni şam ağacları əkilib.
IDEA İctimai Birliyi,
Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Yaşıl
Marafon" kampaniyası
çərçivəsində ölkənin müxtəlif
regionlarında yaz-payız
əkin mövsümlərində
kütləvi ağacəkmə
aksiyaları təşkil
olunur.
Kampaniyanın əsas məqsədi yaşıllıq sahələrinin
artırılmasına, ağac
əkilməsini təşviq
edərək ətraf
mühitin mühafizəsinə,
eyni zamanda, yaşıllıqların qorunması
ilə bağlı maarifləndirmə işinə
töhfə verməkdir.
Ölkəmizdə yaşıllıqların mühafizəsi
və artırılması
səylərini bundan sonra da davam
etdirmək niyyətində
olan IDEA İctimai Birliyi öz tərəfdaşları ilə
birgə ictimaiyyəti
planetimizin mühafizəsi
ilə bağlı mübarizədə, ətraf
mühit naminə görülən tədbirlərdə
fəal iştirak etməyə çağırır.
Azərbaycan.-2023.-
7 mart.- S.7.