Azərbaycan Respublikası Prezidentinin
2021-ci il 19 yanvar tarixli 1253 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qarabağ Dirçəliş
Fondunun Nizamnaməsində
dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası
Prezidentinin 2021-ci il 19
yanvar tarixli 1253 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2021, № 1, maddə 23) ilə
təsdiq edilmiş
"Qarabağ Dirçəliş
Fondunun Nizamnaməsi"ndə
aşağıdakı dəyişikliklər
edilsin:
1. 1.1-ci bənddə
"ölkə daxilində
və ölkə xaricində" sözləri
"görülən işlərlə
bağlı ölkə
daxilində və ölkə xaricində informasiya təminatını,
maarifləndirmə və"
sözləri ilə əvəz edilsin.
2. Aşağıdakı
məzmunda 3.2.10-1-ci yarımbənd
əlavə edilsin:
"3.2.10-1. fəaliyyət
istiqamətlərinə aid məsələlərlə bağlı
Azərbaycan Respublikası
Prezidentinin razılığı
ilə publik hüquqi şəxs yaratmaq;".
3. 3.2.11-ci yarımbəndə
"nəşrlər buraxmaq"
sözlərindən sonra
", habelə Azərbaycan
Respublikası Prezidentinin
razılığı ilə
media subyekti təsis etmək" sözləri
əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
7 mart 2023-cü il
Azərbaycan.- 2023.-8 mart.- S.2.