Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi
Dövlət Xidmətinin nümayəndə heyəti
İsraildə səfərdədir
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) rəisi general-leytenant İlqar Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti İsrail Dövlətində işgüzar səfərdədir.
XRİTDX-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, martın 5-də başlayan səfər çərçivəsində nümayəndə heyəti İsrailin Milli Kiberdirektorluğu, Milli Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi (CERT), Milli Kibertəhlükəsizlik Əməliyyatları Mərkəzi (Mərkəzi SOC), Milli Rəqəmsal Agentliyinin Hökumət Kibertəhlükəsizlik Əməliyyatları Mərkəzi, Energetika Nazirliyinin Milli Laboratoriyasını ziyarət edib.
Xidmət rəisi general-leytenant İlqar Musayev həmin qurumların rəsmiləri, eləcə də kibertəhlükəsizlik sahəsində Azərbaycanda fəaliyyət göstərən “Prosol” şirkətinin rəhbərliyi ilə birgə İsrailin bu sahə üzrə aparıcı şirkətlərinin həlləri ilə tanış olub.
Görüşlərdə İsrailin informasiya-kommunikasiya texnologiyaları və informasiya təhlükəsizliyi sahəsində həyata keçirdiyi layihələr, əldə etdiyi elmi-texniki nailiyyətlər barədə nümayəndə heyətinə ətraflı məlumat verilib, iki ölkə arasında qarşılıqlı əməkdaşlıq istiqamətləri müzakirə edilib.
Xidmət rəisi
general-leytenant İlqar
Musayev görüşlərdə İsrail Dövlətinin nümayəndələrinə
Azərbaycan Respublikasının Xüsusi
Rabitə və İnformasiya Təhlükəsizliyi
Dövlət Xidmətinin fəaliyyət istiqamətləri və
gördüyü işlər barədə
məlumat verib.
Azərbaycan.-
2023.- 8 mart.- S.10.