Azərbaycanın Baş
naziri Timor-Leste Prezidenti
ilə görüşüb
Martın 8-də Azərbaycan Respublikasının
Baş naziri Əli Əsədov ölkəmizdə səfərdə
olan Timor-Leste Demokratik
Respublikasının Prezidenti
Jose Ramos Horta ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər
ki, görüşdə
Azərbaycanın paytaxtında
keçiriləcək X Qlobal
Bakı Forumunun əhəmiyyəti vurğulanıb.
Timor-Leste Prezidentinin
Azərbaycana ilk səfərinin
iki ölkə arasında münasibətlərin
inkişafına müsbət
təsir göstərəcəyinə
ümidvarlıq ifadə
edilib.
Prezident Jose Ramos Hortanın Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev ilə görüşü
zamanı müzakirə
edilmiş məsələlərə,
həmçinin ikitərəfli
əməkdaşlığın müxtəlif sahələrdə
perspektivlərinə dair
fikir mübadiləsi aparılıb.
Azərbaycan. - 2023.-10 mart.- S.3.