Azərbaycan - Çin
əlaqələri strateji tərəfdaşlıq
xarakteri daşıyır
Azərbaycan Respublikasının Baş
naziri Əli Əsədov martın 8-də
ölkəmizdə səfərdə
olan Çin Hökumətinin Avropa məsələləri üzrə
xüsusi nümayəndəsi
Vu Honqbo ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər
ki, görüşdə
Azərbaycan paytaxtında
keçiriləcək X Qlobal
Bakı Forumunun beynəlxalq gündəlikdə
duran aktual məsələlərin müzakirəsi
baxımından önəmi
qeyd olunub.
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin səyləri ilə iki ölkə arasında əlaqələrin
yüksək səviyyədə
inkişaf etdiyi bildirilib.
Azərbaycan-Çin münasibətlərinin bu
gün strateji tərəfdaşlıq xarakteri
daşıdığı diqqətə
çatdırılıb. İki ölkənin
bir çox sahələrdə uğurlu
əməkdaşlığından məmnunluq ifadə olunub, iqtisadi-ticarət, investisiyaların təşviqi,
enerji, nəqliyyat-logistika,
humanitar və bir çox digər istiqamətlərdə
əlaqələrin perspektivləri
müzakirə edilib.
Çin Hökumətinin Avropa məsələləri üzrə
xüsusi nümayəndəsinin
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev ilə görüşü zamanı
müzakirə olunmuş
məsələlərə dair fikir mübadiləsi
aparılıb.
Söhbət zamanı Şərq-Qərb,
Orta dəhliz, “Bir kəmər, bir yol” layihələri
çərçivəsində də əməkdaşlıq
üçün geniş
imkanların olduğu
vurğulanıb.
Görüşdə Azərbaycanın işğaldan
azad edilən ərazilərində aparılan
genişmiqyaslı bərpa-quruculuq
işləri barədə
məlumat verilib.
Azərbaycan.- 2023.-10 mart.- S.5.