Səhiyyə sahəsində təchizat
və təminatla bağlı fəaliyyətin təkmilləşdirilməsi
və Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin
edilməsi ilə bağlı bir sıra
tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli
Fərmanında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, səhiyyə sahəsində
təchizat və təminatla bağlı fəaliyyətin təkmilləşdirilməsi
üzrə həyata keçirilən tədbirlərin
davam etdirilməsi məqsədilə qərara
alıram:
1. "Tibbi Ərazi Bölmələrini
İdarəetmə Birliyi"
publik hüquqi şəxsin (bundan sonra - TƏBİB) tabeliyindəki
tibb müəssisələrinin
fəaliyyətinin təşkili
məqsədilə onları
"Dövlət satınalmaları
haqqında" Azərbaycan
Respublikasının Qanunu
ilə müəyyən
edilmiş qaydada zəruri iş, xidmət, mal-material və
digər ləvazimatla
təmin etmək üçün Azərbaycan
Respublikası Səhiyyə
Nazirliyinin tabeliyində
olan "İnnovasiya və Təchizat Mərkəzi" (bundan sonra - Mərkəz) əmlakı ilə birlikdə TƏBİB-in tabeliyinə
verilsin.
2. Azərbaycan
Respublikasının Səhiyyə
Nazirliyi öz tabeliyində "Səhiyyənin
Təminat Mərkəzi"
(bundan sonra - Qurum) publik hüquqi
şəxsi yaratsın
və bu barədə Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin.
3. Müəyyən
edilsin ki:
3.1. Mərkəzin
"Publik hüquqi şəxslər haqqında"
Azərbaycan Respublikası
Qanununun 8.2-ci maddəsində
nəzərdə tutulan
təsisçisinin səlahiyyətlərini
TƏBİB həyata keçirir;
3.2. Mərkəzin
saxlanılması və
fəaliyyətinin təmin
edilməsi onun fəaliyyətindən əldə
edilən gəlirlər,
icbari tibbi sığorta sistemindən
daxil olan vəsait, ianələr, qrantlar və qanunla qadağan edilməyən digər mənbələrdən daxil
olan vəsait hesabına həyata keçirilir;
3.3. Qurumun "Publik hüquqi şəxslər haqqında"
Azərbaycan Respublikası
Qanununun 8.2-ci maddəsində
nəzərdə tutulan
təsisçisinin səlahiyyətlərini
Azərbaycan Respublikasının
Səhiyyə Nazirliyi
həyata keçirir;
3.4. Qurumun saxlanılması xərcləri
2023-cü il və növbəti illərin dövlət büdcəsinin mərkəzləşdirilmiş
xərclərində Azərbaycan
Respublikasının Səhiyyə
Nazirliyi üçün
nəzərdə tutulmuş
vəsait çərçivəsində
həyata keçirilir.
4. Azərbaycan Respublikasının Səhiyyə
Nazirliyi:
4.1. Qurumun nizamnaməsini, strukturunu, işçilərinin say həddini
və əməkhaqlarının
məbləğini (vəzifə
maaşını, vəzifə
maaşına əlavələri,
mükafatları və
digər ödənişləri)
bir ay müddətində
təsdiq etsin;
4.2. Qurumun dövlət qeydiyyatına
alınması üçün
onun nizamnaməsi təsdiq edildikdən sonra 3 (üç) gün müddətində
"Hüquqi şəxslərin
dövlət qeydiyyatı
və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının
Qanunu ilə müəyyən edilmiş
qaydada tədbirlər
görsün;
4.3. bu
Fərmandan irəli gələn digər məsələləri həll
etsin.
5. TƏBİB:
5.1. Mərkəzin
nizamnaməsini, strukturunu,
işçilərinin say həddini
və əməkhaqlarının
məbləğini (vəzifə
maaşını, vəzifə
maaşına əlavələri,
mükafatları və
digər ödənişləri)
iki ay müddətində
təsdiq etsin;
5.2. "Hüquqi
şəxslərin dövlət
qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan
Respublikasının Qanunu
ilə müəyyən
edilmiş qaydada tədbirlər görsün;
5.3. bu
Fərmandan irəli gələn digər məsələləri həll
etsin.
6. Mərkəz soyuq zəncir texnologiyalarına uyğun
şəraitdə saxlanılması
zəruri olan dərman vasitələri üçün balansındakı
anbarlardan Azərbaycan
Respublikası Səhiyyə
Nazirliyinin ödənişsiz
istifadəsini təmin
etsin.
7. "Azərbaycan
Respublikasında icbari
tibbi sığortanın
tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan
Respublikası Prezidentinin
2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2018, ¹ 12 (I kitab),
maddə 2575; 2019, ¹ 6, maddə
1012, ¹ 12, maddələr 1937, 1953; 2020, ¹ 3,
maddə 254; 2022, ¹ 5, maddə
445, ¹ 8, maddə 846) 2-ci hissəsindən
"İnnovasiya və
Təchizat Mərkəzi,"
sözləri çıxarılsın.
8. Azərbaycan
Respublikasının Nazirlər
Kabineti bu Fərmandan irəli gələn məsələləri
həll etsin.
9. Bu Fərmanın
1-ci və 7-ci hissələri
2023-cü il yanvarın 1-dən tətbiq
edilir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri
9 mart 2023-cü il
Azərbaycan. - 2023.-10 mart.- S.5.